Britaniya Ukraynaya 13 ədəd "Raven" HHM sistemi göndərib

9-01-2026, 12:44           
Britaniya Ukraynaya 13 ədəd "Raven" HHM sistemi göndərib
Böyük Britaniya Ukraynaya 13 ədəd "Raven" hava hücumundan müdafiə sistemi, eləcə də yeni "Gravehawk" HHM sisteminin iki prototipini təhvil verib.

Bu barədə "UK Defence Journal" Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Raven" sistemləri artıq Ukrayna Silahlı Qüvvələrinin silahlanmasındadır və xüsusi olaraq Kiyev üçün hazırlanıb.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi "Gravehawk" proqramı üzrə də irəliləyişin təsdiqləndiyini açıqlayıb.

Yeni "Gravehawk" HHM sistemlərinin Ukraynaya çatdırılmasının yaxın vaxtlarda gözlənildiyi qeyd olunur.

Qeyd edək ki, Böyük Britaniya Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]