"NAMƏLUM" OBYEKT- VİDEO

10-01-2026, 00:08           
"NAMƏLUM" OBYEKT- VİDEO
Elə gün olmur ki, “NASA Marsda naməlum bir obyekt tapdı..." kimi xəbərlərə rast gəlməyəsən.
Bu videoda da Mars orbital aparatından çəkilmiş yüksək çözünürlü (resolution) görüntülər Qırmızı planetin qeyri-adi bir cisim aşkar edib. Forma və tekstura əvvəllər görülənlərdən bir qədər fərqlidir.
Mars orbitindən çəkilmiş görüntülərində bəzən adi geoloji kateqoriyalara sığmayan formalar görünür. Bunlar yeni bir şeylər deyil.
Mars səthi çoxmilyardillik eroziya, külək aşınması, vulkanik fəaliyyət, qədim su izləri nəticəsində son dərəcə mürəkkəb strukturlar yaradıb.
Bu qəbildən obyektlərə “naməlum” demək “mənşəyi hazırda izah olunmayan” anlamına gəlir. Ancaq onlara “yadplanetli”, “texnogen obyekt” demək kökündən yanlışdır.
Adətən Mars və ya digər planetlərdəki strukturları aşağıdakı kateqoriyalara ayrılırlar:
1. Eroziya mənşəli süxurlar – külək və temperatur fərqləri qayaları qeyri-adi formalara salır.
2. Laylı çöküntülər – Marsın keçmişində su və ya buzun rolu ola bilər.
3. Vulkanik qalıqlar – lavanın soyuması ilə yaranan qəribə teksturalar.
4. Pareidoliya – insan beyninin tanış fiqurları (üz, tikili, heyvan və s.) təsadüfi formalarda “görməsi”.
Bəs nə üçün bu video və ya şəkillər bu qədər şişirdilir?
• Sosial mediada ”klik iqtisadiyyatı” hökm sürür;
• “Unknown” sözü qəsdən mistik çalarla təqdim olunur;
• Elmi məqalədə ehtiyatla deyilən cümlə başlıqda sensasiyaya çevrilir.
Ancaq yaradılan bu sensasiyaların faydalı tərəfi də var:
Onlar Marsın geoloji tarixini oxumağa kömək edir, keçmişdə su olub-olmaması barədə ipucları verir, gələcək robot və insan missiyaları üçün risk və imkanları müəyyənləşdirir.
Açıq demək lazımdır bu günə qədər:
• Marsda texnogen mənşəli heç bir obyekt təsdiqlənməyib.
• “Naməlum forma” = izahı gecikmiş təbii proses deməkdir.
Elmin gücü də məhz buradadır: O, tələsmir, sübut gözləyir…
İbrahim Nebioğlu
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]