Vacib şəxslər Venesuelaya gəldi: Nə baş verir?

10-01-2026, 11:44           
Vacib şəxslər Venesuelaya gəldi: Nə baş verir?
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Nikolas Maduronun vəzifədən uzaqlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.

Bu barədə CNN kanalı amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinə məxsus “Dash 8-300” təyyarəsi Kurasao adasının inzibati mərkəzi Vilemstaddan havaya qalxaraq Karakasda eniş edib. Səfər ABŞ-ın Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyətini və Vaşinqtonun Venesuelada diplomatik iştirakını yenidən qurmaq istəyini nümayiş etdirir.

Rəsminin sözlərinə görə, Kolumbiyada yerləşən Venesuela üzrə idarənin diplomatik və təhlükəsizlik əməkdaşları, eləcə də ABŞ-ın Kolumbiyadakı müvəqqəti işlər vəkili Con Maknamara Karakasa səfirliyin fəaliyyətinin mərhələli şəkildə bərpası imkanlarını qiymətləndirmək məqsədilə gəliblər.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]