Xameneyi etirazçıları görün nə ilə hədələdi…

10-01-2026, 12:24           
Xameneyi etirazçıları görün nə ilə hədələdi…
İranda baş verən iğtişaş və dağıntılarda iştirak edən şəxslər ölüm cəzası ilə hədələnib.

Bu barədə Tehranın prokuroru Əli Salehi açıqlama verib.

“Bizim terrorçulara qarşı yanaşmamız çəkindirici olacaq. Onlar dövlətə qarşı müharibə aparmaqda ittiham ediləcəklər. İran qanunvericiliyinə əsasən, bu cinayətin cəzası edamdır”, – deyə Salehi vurğulayıb.

Bu arada İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampa səslənərək, İran xalqına dəstək göstərməyə çağırıb.

“İnsanları azadlıqları uğrunda mübarizə aparmaq üçün küçələrə çıxmağa çağırdım ki, say üstünlüyü ilə təhlükəsizlik qüvvələrinə müqavimət göstərsinlər. Onlar bunu ötən gecə etdilər. Sizin bu cinayətkar rejimə qarşı sərt bəyanatlarınız onun cəlladlarını geri çəkilməyə vadar etdi. Amma vaxt həlledicidir. Bir saatdan sonra xalq yenidən küçələrə çıxacaq. Sizdən kömək istəyirəm. Bilirəm və siz sübut etmisiniz ki, sülh tərəfdarısınız. Həmçinin sözünün arxasında dayanan insansınız. Lütfən, İran xalqına yardım üçün müdaxiləyə hazır olun,” – deyə Pəhləvi X-də yazıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]