Kreml:“ABŞ-ın bu qərarı bizim üçün təhdiddir”

10-12-2016, 10:34           

ABŞ Prezidenti Barak Obamanın Suriyaya silah tədarükünə qoyulan qadağanı ləğv etməsi Rusiya hərbçiləri üçün təhdiddir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Putinin təmsilçisi rus hərbçiləri üçün ilk növbədə ABŞ-ın səyyar zenit-raket komplekslərinin təhdid təşkil etdiyini bildirib.

Qeyd edək ki, bu gün ABŞ Suriya müxalifətinə silah tədarükünü qadağan edən qərarı ləğv edib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru