Onun adı indi də şam kimi alovlanır, keçmişdən bu günə, bu gündən gələcəyə nur saçır. - Salman Mümtaz142

Bu gün, 09:38           
Onun adı indi də şam kimi alovlanır, keçmişdən bu günə, bu gündən gələcəyə nur saçır. - Salman Mümtaz142
"Mümtaz" sözü Ərəbcədən tərcümədə (ərəb. ممتاز ("seçilmiş", "digərlərindən fərqlənən" mənasını verir. Bu gün də bu seçilmişlərdən olaraq Mahmud Kaşğari ilə müqayisə edilə biləcək məşhur türkoloq, Azərbaycan ədəbiyyatı tarixi qarşısında misilsiz xidmətləri olan Salman Mümtazın doğum günüdür. Salman Məmmədəmin oğlu Əsgərov-Salman Mümtaz 20 may 1884-cü ildə Nuxanın (indiki Azərbaycanın Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub. 1941-ci ilin 6 senyabrında öldürülüb.
Təkcə 1937-ci ildə "xalq düşməni" adı ilə 29 min ziyalımız güllələnib. O cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları. Eləcə də Salman Mümtaz...
Bilmirəm, tale onu seçmişdi, yoxsa o bu taleyi seçmişdi..Hərdən məndə elə təəssürat yararır ki, sanki Onun məhsuldar işləməsinə qəsdən şərait yaradırdılar. Sanki xəzinənin toplanmasına imkan verirdilər ki, hamısını birdən məhv etsinlər..onun bir yük maşını həcmində əsərlərini yandırırlar. Bunu M.Ə.Rəsulzadənin şəxsi həkimi olmuş Məhəmməd Kəngərli də təsdiq etmişdi. Zülmlə topladığı arxivini məhv etdilər.Evində axtarılış aparılan zaman orta əsrlərə aid 238 şərq dillərində tapdığı tarixi materiallar da götürülür. Salman Mümtazın nəşr edə bilmədiyi materiallar isə sonralar digər tarixçilərin adı ilə nəşr olunur. Salman Mümtazın qızı Şəhla xanıma isə götürülən 238 əlyazmaya görə 6010 manat 10 qəpik ödənilir...
Sağ qalması üçün hər şeyi edir. Hətda Salman Mümtaz kiçik elmi işçi vəzifəsində çalışmasına baxmyaraq bütün varidatını elm yolunda xərcləyən ziaylılarımızdandır. Haqq üçün ,ədalət üçün mübarizə aparan Salman Mümtaz onu xırda burjua elementi" kimi günahlandırılanmasına, ittihamlara rəğmən M.C.Bağırova yazdığı məktubda belə yazmışdı: "Bəli, mən keçmişdə ticarətlə məşğul olmuşam. Ancaq dükançı deyildim, atam və babam kimi böyük tacir idim. Bunu heç vaxt gizlətməmişəm və gizlədə də bilməzdim. Çünki hamı görür və bilirdi. 1925-ci ildə bu barədə hətta yazmışdım da... Ticarətdən qazandığım gəlir hesabına mən qiymətli əlyazmalardan ibarət kitabxana toplamışdım, ədəbi tədqiqlərlə məşğul olurdum. Yəni təbiət etibarı ilə istismarçı olmamışdım..."
Üstündən illər keçsə də bu gün çox istərdim ki, Stalinə, Mir Cəfər Bağırova rəğbət bəsləyənlər, Hüseyn Cavidin , Mikayıl Müşfiqin, Saman Mümtazın və onlarla digər ziyalılarımızın həbsxanadan çəkilmiş insanların gözlərinin içinə bir daha baxsınlar və düşünsünlər...
axtı ilə Azərbaycan Şurəvi Respublikası Mərkəzi Komitəsinin katibi işləmiş İman Mustafayev sonralar etiraf etmişdi ki, Salman Mümtazın repressiyasından sonra onun arxiv materialları DTK binasının həyətində balaca təpəcik kimi qalanmışdı...Hətta bu dəyərli materiallardan DTK-nın yeməkxanasında peraşki bükmək üçün də istifadə olunduğu söylənilir... Bir nəfər varağın yazılı tərəfinə diqqət edəndə onun Füzulinin divanından bir hissə olduğunu görür...Deyilənə görə Salman Mümtazın əldə etdiklərinin böyük hissəsi Eçmiadzinə də aparılıb ...
Bu gün hər birinizdən xahişim budur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin yanından keçəndə xatirəsinə hörmət olaraq bir ayaq saxlayın və deyin:
Allah Sənə Rəhmət Eləsin...
O buna layiq şəxsiyyətdir !
Səlman Mümtaz ölmədi, ölməyəcək, haqqında yazırıqsa, deməli, yaşayır..
Quracağımız Turan bərpa olunan qədər və sonralar da yaşayacaq.Onun müqəddəs arzuları kimi.
O, yazırdı: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq, bəşər övladının dinc şəraitdə yaşaması, günahsız körpələrin müharibə qurbanlarına çevrilməməsi, anaların bir də övladları üçün göz yaşları tökməməsi üçün bütün imkanlarından istifadə edəcək”
sözardı: 1941-ci ilin iyun ayında Böyük Vətən Müharibəsi başlanıb. Daha sonra Lavrenti Beriya və İosif Stalinin ortaq razılığı əsasında şəhəri almanlar ələ keçirməzdən öncə, şəhərdəki bütün siyasi məhbusların güllənməsi qərara alınıb. Dustaqların hamısına özləri üçün məzarlar qazdırılıb və onlar güllələndikdən sonra bu məzarlarda dəfn ediliblər. Rusdilli mənbələrdə bu güllələnmə tarixi 6 sentyabr 1941-ci il kimi göstərilib.
Baba Allahnəzərov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru