Bakı-Tbilisi qatarı xüsusi təntənə ilə açılacaq? – RƏSMİ CAVAB

Bu gün, 11:42           
Bakı-Tbilisi qatarı xüsusi təntənə ilə açılacaq? – RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, 26 maydan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkəti bərpa olunacaq. Bu, Bakı və Tbilisi arasında sərnişin qatarlarının 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlaması deməkdir. Proses çərçivəsində qatar xəttinin açılış mərasiminin keçirilib-keçirilməyəcəyi də maraq doğurur.

Açılış tədbirinə hər iki ölkənin rəsmi nümayəndələri və deputatları qatılacaqmı?

Globalinfo.az bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlayıb.

“Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Həmin suallar və digər təfərrüatlarla bağlı əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru