Hörmüz blokadası NATO-nu hərəkətə keçirə bilər

Bu gün, 09:24           
Hörmüz blokadası NATO-nu hərəkətə keçirə bilər
Hörmüz boğazının blokadası ilə bağlı vəziyyət iyula qədər həll olunmasa, NATO üzvləri gəmilərin bu yoldan keçməsinə kömək edəcək missiyanın işə salınması variantını nəzərdən keçirəcək.

Bu barədə mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.

“NATO-nun yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, iyulun əvvəlinə qədər blokada aradan qaldırılmasa, gəmilərin Hörmüz boğazından keçidinə yardım imkanı alyansda müzakirə olunur”, – agentlik məlumat verib.

Daha əvvəl qeyd edilib ki, regionda hərbi əməliyyatlar başa çatdıqdan və NATO-ya daxil olmayan bir çox ölkənin iştirakı ilə geniş koalisiya formalaşdırıldıqdan sonra boğaz ərazisində fəaliyyət göstəriləcək.

Lakin iqtisadi çətinliklər dərinləşməyə davam edir. NATO ölkəsindən olan diplomatın sözlərinə görə, hazırda Hörmüz boğazında vəziyyəti sabitləşdirmək üçün missiyanın yaradılması ideyasını alyansın bir neçə üzvü dəstəkləyir, lakin yekdil dəstək yoxdur. NATO-nun bəzi üzvləri hələlik bu təşəbbüsə qarşı olduqlarını bildirir, amma blokada qüvvədə qalarsa, onun lehinə çıxış edəcəklər.

“Bloomberg” xatırladır ki, ABŞ bundan əvvəl NATO-ya Hörmüz boğazı ilə bağlı hər hansı fəaliyyətdə iştirak etmək üçün rəsmi sorğu göndərməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru