Nigeriya ordusu ABŞ ilə birgə İŞİD-ə qarşı böyük əməliyyat keçirdi
Bu gün, 09:44
Nigeriya qüvvələri ABŞ ilə birgə əməkdaşlıq çərçivəsində son günlər ölkənin şimal‑şərqində həyata keçirilən hava və quru əməliyyatlarında 175 İŞİD silahlısını məhv edib.
Yenicag.az xəbər verir kİ, bu barədə Müdafiə Qərargahı məlumat yayıb.
Ordu bildirib ki, ABŞ Afrika Komandanlığı ilə birgə aparılan əməliyyatlar nəticəsində İŞİD‑in Qərbi Afrika vilayəti tərəfindən uzun illərdir bölgədə davam etdirilən üsyan üçün istifadə olunan nəzarət‑buraxılış məntəqələri, silah anbarları, logistika mərkəzləri və maliyyə şəbəkələri məhv edilib.