İran Hörmüz boğazındakı gəmiləri "Bitcoin"lə sığortalayacaq

Bu gün, 16:24           
İran Hörmüz boğazındakı gəmiləri "Bitcoin"lə sığortalayacaq
İran Hörmüz boğazından keçən gəmilər üçün yeni dəniz sığortası sistemi yaratmağa hazırlaşır.

Valyuta.az xəbər verir ki, “Təhlükəsiz Hörmüz” adlanacaq layihə çərçivəsində zərər görən gəmi və tankerlərə kompensasiyanın "Bitcoin" vasitəsilə ödənilməsi də nəzərdə tutulur.

Valyuta.az xəbər verir ki, İran bununla beynəlxalq ödəniş sistemlərindən, xüsusilə də SWIFT mexanizmindən asılılığı azaltmağı hədəfləyir. Layihə çərçivəsində həyata keçiriləcək ödənişlərin Qərb maliyyə infrastrukturundan kənarda aparılması planlaşdırılır.

Məlumata görə, İran tərəfi yeni sistem vasitəsilə illik 10 milyard dollardan çox gəlir əldə etməyi gözləyir. Bununla yanaşı, layihənin beynəlxalq səviyyədə qəbul olunmaması riski də var. Belə ki, “Təhlükəsiz Hörmüz” sistemi ilə sığortalanan bəzi gəmi və tankerların Qərb ölkələrinin limanlarına girişində problemlərlə üzləşə biləcəyi bildirilir.

Hazırda qlobal dəniz sığortası bazarı əsasən Qərb ölkələrinin, xüsusilə də London mərkəzli şirkətlərin nəzarətindədir və ödənişlər əsasən dollar əsaslı maliyyə sistemi üzərindən həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru