Təbii inhisar subyektlərinin xidmətdən imtinası Konstitusiyaya uyğun sayılır
Bu gün, 08:34

facebook sharing button Sharetwitter sharing button Postemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
2026-05-18 14:50:41
Təbii inhisar subyektlərinin xidmətdən imtinası Konstitusiyaya uyğun sayılır
Məhkəmə hüquq sisteminə insan hüquqlarına qadağa aktları soxuşdurulur
“Tutalım, dövrümüzün Həzrəti İsası mənəm,
Bu soxa-soxda nə möcüzə icad eləyim?” (Əliağa Vahid)
Məhkəmə hüquq sistemi elə duruma salınıb ki, artıq Konstitusiyanın özünə belə məhkəmə aktları ilə kobud qadağa qoyulur. Özü də ali səviyyədə, hətta Konstitusiya Məhkəməsi səviyyəsində. Bir sözlə, məhkəmə hüquq sistemində qeyri-prosessual münasibətlərə girmək ən aşağı instansiyadan tutmuş ən ali mərhələyə kimi qüvvədədir. Vəkillər (Kollegiyası) məhkəmələrlə, birinci instansiya apellyasiya instansiyası ilə, apellyasiya ali ilə, ali instansiya Konstitusiya Məhkəməsi ilə qeyri-prosessual münasibətə girir. Belə girhəgirdə, soxa-soxda hüququnu təmin et, görək necə edirsən. Vahid demiş, tutalım dövrümüzün Həzrəti İsası mənəm, bu soxa-soxda necə möcüzə icad eləyim?
Rəqabət Məcəlləsində , ləğv edilən “Təbii inhisarlar haqqında” qanunda olduğu kimi, təbii inhisar subyektlərinin xidmətdən imtinasının qadağan edildiyi, buna görə nəzarətedici qurumun cərimə tətbiq etməli olması yazılıb. Təbii inhisarçı “ Azəriqaz”, “Azərişıq” nəinki xidmətdən imtina edir, hətta bu imtinanı Ali Məhkəmə, Konstitusiya Məhkəməsi səviyyəsində əsas insan və vətəndaş hüquq və azadlığı kimi təsdiqlədir.(?) Özbaşınalığa baxın, “Azərişıq” 10-cu ildir özünün verdiyi 03.04.2017-ci il tarixli texniki şərti qanunsuz ödəniş tələb edərək , hətta bu ödənişi ödəməyə hesab nömrəsi, qəbz vermədən icra etməkdən, Nardarandakı bağa işıq çəkməkdən imtina edir. 9 ildir məhkəmə təminatı hüququna da qadağa qoydurub, Sabunçu, Nərimanov, Nəsimi, Nizami ,... məhkəmələrinə verilən iddiaları məhkəmələr it-bata salır. Axırı, Sabunçu məhkəməsi 2023-cü ildə şəxsi kabinetdən verilən iddianı bir aydan sonra (?) “tapmağa” məcbur olub və... anında cavabdehin qeyri-prosessual basqısı ilə icraata mülki məhkəmədə baxıla bilməzliyi “əsası” ilə xitam verilib. Qeyri-prosessual basqıdan hakim Adilə Paşayeva özünü necə itiribsə, cavabdehi belə dəyişik salıb, “Azəriqaz”ı “işıq sayğacı” quraşdırmağa” (?) inzibati məhkəmənin məcbur etməli olduğunu 10.06.2023-cü ildə aktlaşdırıb. Bakı Apellyasiya Məhkəməsi (s/e Günay Axundova, Cəmilə Musayeva, Fuad Babayev) 24.07.2023 tarixli qərardadla aşağı instansiyanın aktını qüvvədə saxlayıb. Bu qərardaddan kassasiya şikayəti verməyə dövlət hesabına vəkillə təminatdan iddiaçı 1-ci d. Qarabağ qazisinin ərizəsinə iş üzrə hakim(lər) olmayan heyət (s/e Fuad Abdıyev, Anar Tanrıverdiyev, Fərrux Qasımov) baxıb (??) və 24.08.2023 t-xli qeyri-prosessual aktla imtina edib. 3 ildir bu qeyri-prosessual özbaşınalığa nə Məhkəmə Hüquq Şurası (MHŞ) qiymət verir, nə Ali Məhkəmə, nə də ali dövlət hakimiyyəti, hüquq orqanları. Beləcə 3 ildir icraat itirilib.
Konstitusiyaya zidd olaraq aidiyyəti Sabunçu məhkəməsi işə baxmaqdan imtina etdiyindən cavabdehin ünvanı üzrə Nəsimi məhkəməsinə yeni iddia ərizəsi verilib. Bir illik süründürməçilikdən sonra 10.03.2025-ci ildə hakim Vüsalə Musayeva müşavirə otağına gedib və hələ də qayıtmayıb, MÜŞAVİRƏ OTAĞINDA(N) YENİ İCLAS TƏYİN EDİB. (?) Bu qeyri-prosessual özbaşınalığa 14 aydır qiymət verən tapılmır. (İşin hakimi Vüsalə Musayevaya vəkillə təminat barədə ərizəyə isə iş üzrə hakim olmayan NAİL ABBASOV baxıb və imtina edib; bu qeyri-prosessual özbaşınalıq da qiymətsiz qalıb) Ombudsman (aparatı) hüquqa qadağanı hakimin müstəqilliyi (?) ilə izah edir, MHŞ yuxarı məhkəmələri nişan verir. Bakı Apellyasiya Məhkəməsi (s/e Vahid Sadıqov, Sabit Bəhrəmzadə, Xumar Mərdanova) isə nə şikayətin dəlillərinə baxıb, nə də müşavirə otağında qərar çıxarmaq yerinə İCLAS TƏYİN ETMƏK HOQQABAZLIĞINA. Özbaşınalığa qiymət vermək yerinə Ali Məhkəmə (s/e Vüsalə Baxışova, Zaur Əliyev, Zəki Babayev) daha “ali” qeyri-prosessuallığa yol verib, kassasiya instansiyasında 3-cü şəxsləri (Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi) işə cəlb edib. Halbuki nə birinci, nə apellyasiya instansiyasında bu şəxslərin işə cəlb edilməsinə dair qərardad çıxarılmayıb. Bu da bir qeyri-prosessual özbaşınalıq. Ən başlıcası, hər 3 instansiyaya 1-ci dərəcəli Qarabağ əlili istehlakçı “Azərişıq” ASC-nin tələb etdiyi qanunsuz ödənişi ödəməyə hesab nömrəsi, qəbz verilməsinə müraciət etsə də, baxılmayıb. Məhkəmə hakimiyyəti nə əlil-istehlakçının hesabına, nə də xidmət qurumunu hesabına xidmət göstərilməsini, işıq çəkilməsini qərara alıb. MƏHKƏMƏ HAKİMİYYƏTİ TƏBİİ İNHİSARÇI XİDMƏT QURUMUNUN RÜŞVƏT TƏLƏBİ İLƏ (HESAB NÖMRƏSİ, QƏBZ VERİLMƏDƏN TƏLƏB OLUNAN HAQQ RÜŞVƏTDƏN ÖZGƏ BİR ŞEY DEYİL) XİDMƏTDƏN İMTİNASINI ALİ SƏVİYYƏDƏ AKTLAŞDIRIB. Hətta 8 aydır əlil-istehlakçı məhkəmə qərarının icrasını, icra sənədi verilməsini tələb edir ki, qanuniləşdirilən rüşvəti ödəsin, təki bağına işıq çəkilsin, onu da etmirlər. Hətta Konstitusiya Məhkəməsinin (palatası) özü də “rüşvətin qanuniləşdirilməsinin Konstitusiyaya uyğun olması” “əsası” ilə icraatdan imtina edib. Özbaşınalığı göz önünə gətirə bilirsiniz? 1-ci d. Qarabağ əlili qaziyə ALİ KONSTİTUSİYA səviyyəsində XİDMƏTDƏN İMTİNA QÜVVƏYƏ MİNDİRİLİB.
Dövlətin məhkəmə hakimiyyətinin xidmət qurumunun özbaşınalığını qqüvvəyə mindirməsi “Azərişıq” ASC-ni yeni özbaşınalıqlara sövq edib. Xidmət qurumu 150 nəfərin yaşadığı binada yalnız 1-ci d. Qarabağ qazisinin mənzilində mobil rabitənin zəif olması (?) əsası ilə (öncədən ödənişlə işləyən) sayğacın 151 manat “borcunu” zorla, inhisarşılığından yararlanmaqla alıb (151 manatı ödəməsən, sayğac işləmir, mənzil işıqlanmır), 1 manatlıq aylıq “sabit tarif” qazi əlilə 2 manatdan hesablanır. Nərimanov məhkəməsi (h. Mehriban Əfəndizadə) isə nə ekspertiza , nə Antiinhisar Agentliyinin 3-cü şəxs kimi cəlb edilməsi, nə vəkillə təminat, nə hakimə etiraz barədə müraciətlərə baxır, nə də özbaşınalığa qiymət verir; qeyri-prosessual özbaşınalıqla özünü işıq xidmətinin vəkili kimi aparır. ( “Azəriqaz”ın xidmətdən 18 ildir imtinasına sevinməyə bilmirsən, yoxsa qazın “sabit tarifi” aylıq 3 manata çıxardı. Onu da vurğulayım ki, qaz xidmətinin istehlakçı hüququnu pozması da mülki məhkəmə icraatı qaydasında yox, gah inzibati, gah komersiya məhkəməsində baxılması qərara alınıb. Özü də eyni apellyasiya və ali məhkəmə heyətinin qərarı ilə. Nizami məhkəməsi (kommersant hakim Qumru Əliyeva, VÖEN 1400028632) 1 illik süründürməçilikdən sonra işi gizlin kommersiya məhkəməsinə göndərib, Bakı Apellyasiya Məhkəməsi (Vahid Sadıqov, Xumar Mərdanova, Sabit Bəhrəmzadə) və Ali Məhkəmə (Zaur Əliyev, Vüsalə Baxışova, Zəki Babayev) qeyri-prosessual özbaşınalığı qüvvədə saxlayıb. Bakı KM (h. Günay Namazova, işi geri qaytardığı qərardadı sistemdən silib, icraata xitam qərardadı ilə əvəz edib.(?) Yəni “Azəriqaz”ın da xidmətdən imtinasına məhkəmə qiymət verməkdən imtina edir.) Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Ombudsman, insan hüquqları komitəsi, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsi bu antihumanistliyə, vicdansızlığa, haqsızlığa hələ də susur.
Məhkəmə hüquq sistemində özbaşınalıq o həddədir ki, bir yazıya sığan deyil. Burda nöqtəni qoyaq. Nidanı qoymaq isə məhkəmə müstəqilliyinin təminatçısı olan Prezidentin üzərinə düşür.
Məğrur Bədəlsoy

