Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO

Bu gün, 00:02           
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri və Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyanın pasport faylında iş yeri kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Məlumat Mərkəzi qeyd olunub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “The Insider” nəşri məlumat yayıb.

“Karapetyan 1999-cu ildə Kaluqada xarici (Rusiya) pasport alarkən, pasport faylında “İş yeri” bölməsində Daxili İşlər Nazirliyinin “FSB Məlumat Mərkəzi” qeydi var”, - mənbə qeyd edib.

Eyni mənbəyə görə, adətən FSB-nin nəzarəti altında işləyən əcnəbilər və ya ictimaiyyətə açıq olmayan məlumat verənlər belə işarələnir. Araşdırma müəllifi həmçinin Karapetyanın yaxın çevrəsindən bir mənbənin sözlərindən də sitat gətirir: “Samvel bura qədər heç vaxt siyasətə qarışmayıb və heç vaxt Kremlin incə maliyyə tələblərini rədd etməyib”.

Məlumatda bildirilib ki, ona son zamanlarda Ermənistanda siyasi proseslərə qoşulmaq və “Güclü Ermənistan” Partiyasını yaratmaq üçün güclü təzyiq göstərilib.

“The Insider” Samvel Karapetyanı Moskvanın iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanda təsirini qorumağa çalışdığı fiqurlardan biri kimi təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru