Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi

Bu gün, 07:54           
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
Pakistan Səudiyyə Ərəbistanına 10 minə yaxın əsgər, qırıcı təyyarə eskadrilyası və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Pakistan Səudiyyə Ərəbistanına ordunu iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində yerləşdirib.

“Reuters”in məlumatına görə, Pakistanın Səudiyyə Ərəbistanına qırıcı təyyarələrdən, 8000 əsgərdən və hava hücumundan müdafiə sistemlərindən ibarət eskadrilya yerləşdirdiyini bildirib.
Bu yerləşdirməni əhəmiyyətli və döyüşə hazır qüvvə kimi təsvir edən xəbərdə Pakistanın aprelin əvvəlində Çinlə birgə istehsal olunmuş təxminən 16 JF-17 qırıcı təyyarəsindən ibarət donanma göndərdiyi bildirilir.

Məlumatda həmçinin Pakistanın Səudiyyə Ərəbistanına iki eskadrilya pilotsuz uçuş aparatı göndərdiyi və lazım gələrsə, daha çox əsgər göndərəcəyinə söz verdiyi bildirilir. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanına yerləşdirilən hava hücumundan müdafiə sistemi Çin istehsalı olan HQ-9 tiplidir.

Hərbi nəqliyyat vasitələrinin Pakistan personalı tərəfindən idarə olunduğu və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru