Tramp 10 milyard dollarlıq iddianı geri götürdü
Bu gün, 00:15

ABŞ prezidenti Donald Tramp vergi bəyannamələrinin sızdırılması ilə bağlı Daxili Gəlir Xidmətinə (IRS) qarşı açdığı 10 milyard dollarlıq iddianı geri götürüb.
Valyuta.az xəbər verir ki, Tramp ilk prezidentlik dövründə vergi məlumatlarının media qurumlarına sızdırılması səbəbilə yanvar ayında IRS-ə qarşı məhkəmə iddiası qaldırmışdı.
Prezidentin vəkilləri Floridanın müvafiq məhkəməsinə iddiadan imtina edildiyinə dair rəsmi bildiriş təqdim ediblər. Trampın bu qərarı hansı şərtlər çərçivəsində verdiyinə dair rəsmi açıqlama verilməyib.
Digər tərəfdən, ABŞ-ın "ABC News" telekanalı iddia edib ki, Tramp Co Bayden administrasiyası dövründə Ədliyyə Nazirliyinin ədalətsiz davrandığını düşünən müttəfiqlərinə ödəniş etmək üçün 1,7 milyard dollarlıq fond yaradılması şərti ilə iddiadan imtina etməyə razılaşıb.
2018-2020-ci illərdə Tramp və bəzi milyarderlərə aid vergi məlumatlarını mediaya sızdıran IRS əməkdaşı Çarlz Littljon 2024-cü ilin yanvarında 5 il həbs cəzasına məhkum edilmişdi.

