ALBAN ADI OLAN HƏSƏN YOXSA ƏSƏNDİR ???
Bu gün, 00:07

XII əsrdə Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın knyazının adı. Hayca epiqrafik abidədə "Hasan Calal" kimi yazılmışdır.
Bu adın "Cəlal" hissəsi orta əsrlərdə geniş yayılmış ərəbcə "Calal - üd Dövlə" titulunun qısaldılmış formasıdır. Hakimin əsl adı isə Əsəndir, lakin ermənicə adın əvvəlinə "h" səsi əlavə olunmuş və "ə" səsi olmadığına görə Hasan kimi yazılmışdır. Tarixçilərimiz isə bu kişinin adını indiyədək ermənicədən ruscaya
Qasan, Xasan, ruscadan azərbaycancaya Həsən kimi çevirib yazırlar.
Beləliklə, türkmənşəli Əsən şəxs adı (türkcə əsən – "sağlam", "gümrah" sözündən) ərəb
mənşəli Həsən adı ilə eyniləşdirilmişdir, halbuki albanların xristian hiss əsinin hakiminin, ərəblərin və islamın qatı əleyhdarının adı ərəbcə ola bilməzdi.
Lakin Hambarsumyan kimi tələffüz edilən və yazılan adı erməilər heç də rusca Xambarsum- yan, yaxud Qambarsumyan yox, Ambars umyan yazırlar və düz də edirlər. Elədirsə, ermənicə Hasan kimi yazılmış adı Fəridə Məmmədovanın rusca Qasan, azərbaycanca Həsən yazması nədən irəli gəlir? Bu, türkə qarşı nifrətdən, necə olursa olsun albanları türkə yaxın buraxmamaq niyyətindən irəli gəlir. Əsən Calalın babasının adı da Əsən olmuşdur və ermənicə o da Hasan yazılır. Gəncəsər monastrında (1216-1238-ci ildə tikilmişdir) 1240-cı ilə aid kitabədə Əsən Calalın "Vaxtanqın oğlu, böyük Hasanın nəvəsi Hasan Calal" adlanmasından görünür ki, onun babası da Əsən adlanmışdır. Aydındır ki, həmin Əsən də ərəbcə "Həsən" adından ola bilməzdi. Deməli, qədim ermənicə yazılışda şəxs adlarının və toponimlərin əvvəlinə "h" səsi artırılma olduğu nəzərə alınmalıdır. Erməni
mənbələrində indiki Aterk – "Haterk", Aran-Daş – "Hrandaş", Aran – "Hran" və s.
kimi yazılmışdır. "Əsən" sözü şəxs adlarında alban Sanesan şəxs adında öz əksini tapmışdır. Antik müəllif Dion Kassiy Şimali Qafqazda Azık (Yazıq) tayfasının başçısının adını Zantik kimi yazmışdır. Yazıqları iranmənşəli tayfa hesab edən tədqiqatçılar Zantik şəxs adı üstündə çox çalış mış, lakin onu İran dilləri vasitəsilə izah edə bilməmişlər. Halbuki bu şəxs adı türkcə əsən, əzən – "sağlam", "gümrah" sözü və -tık (-lık) şəkilçisindən ibarətdir. Lakin antik müəllif adın başında duran "e" və ya "ə" səsini yazmamış, yaxud onu məlumatçısının tələffüz etdiyi kimi qeyd etmişdir.
Əsən Calalın adı erkən orta əsrlərdə uyğurlarda Asan, Asan-tiqin (168, 128, 178), XIII əsrdə monqollarda Esen-Buqa, Esen- Teymur, Əsən, - Tuqay və b., XIV əsrdə Bulqar xanı Asan adı ilə müqayisə olunur.
Qiyasəddin Qeybullayev,
"Azərbaycan Türklərinin
Təşəkkülü Tarixi"-ndən.
Xəzər Albaniyası

