Moskvada tanınmış nəşrin redaksiyasına hücum olub - VİDEO

Bu gün, 09:34           
Moskvada tanınmış nəşrin redaksiyasına hücum olub - VİDEO
Rusiya paytaxtı Moskvada tanınmış "Moskovskiy Komsomolets" ("MK") nəşrinin redaksiyasının yerləşdiyi binaya hücum olub.

TEREF xəbər verir ki, məlumata görə, kuvaltla silahlanmış şəxslər şəhərin mərkəzində yerləşən redaksiyasına soxulmağa çalışıblar.

Onlar özlərini kobud aparıblar, qapıları və redaksiyanın girişindəki turniketləri sındırmaqla hədələyiblər və şəxsiyyətlərini təsdiq edən sənədləri göstərməkdən imtina ediblər. Naməlum şəxslər üzlərini balaklavaların (sifətin bir qismini örtən baş geyimi - red.) altında gizlədiblər və kamuflyaj geyimdə olublar.

"MK"nın baş redaktoru Pavel Qusev onların qarşısına çıxıb, lakin həmin şəxslər danışmaqdan imtina ediblər. Daha sonra hücum edənlər binanın üçüncü mərtəbəsinə qalxıblar.

"Onlar redaksiya binasına - üçüncü mərtəbəyə soxuldular, orda hər yeri dağıtdılar. Orada bizim icarəçilərimiz var. Mərtəbə qapadılıb, liftlər, qapılar hamısı tam şəkildə bloklanıb", - deyə Qusev bildirib./Oxu.Az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru