Temmi Abraham nadir göstəriciyə imza atıb

Bu gün, 10:24           
Temmi Abraham nadir göstəriciyə imza atıb
"Aston Villa"nın hücumçusu Temmi Abraham UEFA Avropa Liqasının 2025/2026 mövsümünün finalında "Frayburq" klubuna qarşı qazanılan qələbədən (3:0) sonra hər üç əsas avrokubokda çempionluq sevinci yaşayan dünyadakı ikinci futbolçu olub.

Moderator.az xəbər verir ki, bu barədə Birmingem klubunun rəsmi "X" (keçmiş "Twitter") hesabı məlumat yayıb.

28 yaşlı hücumçu fərqli klubların heyətində UEFA-nın üç fərqli turnirində kubok qazanaraq nadir bir göstəriciyə imza atıb:

- UEFA Çempionlar Liqası (2020/2021 mövsümü): Doğma klubu olan Londonun "Çelsi" komandası ilə birlikdə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.

- UEFA Konfrans Liqası (2022-ci il): Joze Mourinyonun rəhbərliyi altında İtaliyanın "Roma" klubu ilə turnirin ilk tarixi qalibi adını qazanıb.

- UEFA Avropa Liqası (2025/2026 mövsümü): İstanbulda keçirilən finalda Almaniya təmsilçisi "Frayburq"u 3:0 hesabı ilə məğlub edən "Aston Villa" ilə kolleksiyasının son çatışmayan parçasını tamamlayıb.

Futbol dünyasında bu unikal rekordu ilk dəfə qıran şəxs Temmi Abrahamın "Çelsi"dən keçmiş komanda yoldaşı, hazırda Fransanın "Marsel" klubunda çıxış edən İtaliya yığmasının sol cinah müdafiəçisi Emerson Palmieri olub.

Palmieri bu uğuru "Çelsi" (Çempionlar Liqası və Avropa Liqası) və "Vest Hem" (Konfrans Liqası) formaları ilə qazanmışdı. Abraham isə bu rekordu təkrarlayan dünyada ikinci, İngiltərədə isə ilk futbolçu kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru