Çin futbolunda qalmaqal: 17 nəfər oyundan ömürlük uzaqlaşdırıldı

Bu gün, 10:58           
Çin futbolunda qalmaqal: 17 nəfər oyundan ömürlük uzaqlaşdırıldı
Çin Futbol Assosiasiyası (CFA) ölkədə futbol fəaliyyəti ilə məşğul olması qadağan edilən şəxslərin "qara siyahı"sını dərc edib.

"South China Morning Post" qəzeti xəbər verir ki, "qara siyahı"ya ümumilikdə 65 nəfər daxil edilib. Onlardan 17-si ömürlük, qalan 48-i isə 5 ilədək müddətə futboldan kənarlaşdırılıb. Sanksiyalar təkcə futbolçulara deyil, həm də klub rəhbərlərinə, baş məşqçilərə, funksionerlərə və hakimlərə şamil olunub.

Cəzalandırılan şəxslərin əksəriyyəti rüşvətxorluq, korrupsiya və oyunların nəticələrini manipulyasiya etməkdə təqsirli bilinib.

Ömürlük cəza alanlar arasında ən diqqətçəkən simalardan biri məşhur "China Fortune Land Development Co Ltd" ("Huaxia Fortune") şirkətinin sabiq prezidenti Man Tszindir. Keçmiş funksioner rüşvət təklif etmək, idman etikasını və dürüstlük qaydalarını kobud şəkildə pozmaq, habelə şəxsi mənfəət naminə qanunsuz sövdələşmələrdə iştirak etmək ittihamları ilə cəzalandırılıb.

İstintaq materiallarına görə, o, futbol matçlarının nəticələrinə birbaşa müdaxilə edib. Bu isə ölkədə ədalətli oyun prinsiplərinə ciddi zərbə vuraraq cəmiyyətdə kəskin mənfi rezonans doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru