Uşaq pulu: sosial siyasət, yoxsa xalqı aşağılamaq?
Bu gün, 11:08

Günay Ağamalının “uşaq pulu tənbəllik yarada bilər” fikri müzakirə doğurdu. Mir Şahin isə bu fikri müdafiə edərkən məsələni tamamilə başqa səviyyəyə çıxardı — sosial müzakirəni xalqın aşağılanmasına çevirdi.
İnsanlara “həpənd”, “qaragüruh”, “güruh tikələri” demək artıq fikir deyil. Bu, açıq şəkildə bu xalqın bir hissəsini alçaltmaqdır.
Amma gəlin emosiyanı kənara qoyaq və faktlara baxaq.
Dünyada inkişaf etmiş ölkələrin demək olar ki, hamısı uşaq pulu verir: Almaniya, Fransa, İsveç, Norveç, İsveçrə. ABŞ-da belə müxtəlif sosial proqramlar vasitəsilə ailələr dəstəklənir. Yaponiya və Cənubi Koreya kimi yüksək texnologiyalı ölkələrdə də dövlət uşaqlı ailələrə maliyyə dəstəyi verir.
Və bu ölkələrdə valideynlər uşaq pulu aldıqları üçün tənbəlləşmir. Əksinə, əmək məhsuldarlığı dünyanın ən yüksək səviyyəsindədir.
Niyə?
Çünki uşaq pulu kimlərinsə iddia etdiyi kimi “tənbəllik proqramı” deyil. Bu, sosial siyasətin ayrılmaz hissəsidir.
Keçmiş SSRİ məkanında da vəziyyət fərqli deyil.
Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Ermənistan — hamısında uşaq pulu və ya ailələrə birbaşa maliyyə dəstəyi mövcuddur. Bəzilərində isə doğumu stimullaşdırmaq üçün əlavə proqramlar tətbiq olunur.
Yəni inkişaf etmiş ölkələr verir, postsovet ölkələri verir. Hətta 2022-ci ildən müharibə aparan Ukrayna belə uşaqlı ailələrə sosial ödənişləri dayandırmayıb.
Şəhərləri bombalanır, milyonlarla insan köçkün düşüb, iqtisadiyyat ağır vəziyyətdədir.
Amma dövlət anlayır ki, uşaq gələcəkdir və ailə dəstəksiz qala bilməz.
Müharibə aparan Ukrayna uşaq pulu verə bilir, bəs neft-qaz ixrac edən Azərbaycan niyə verə bilmir?
Problem pulun olmaması deyil.
Problem prioritetlərin başqa yerdə olmasıdır.
Neft ölkələri nə edir?
Norveç gələcək nəsillər üçün yüz milyardlarla dollarlıq fond yaradıb.
Səudiyyə Ərəbistanı vətəndaşlara birbaşa sosial ödənişlər edir.
Birləşmiş Ərəb Əmirlikləri geniş sosial təminat verir.
Qətər əhalinin rifahını birbaşa dövlət hesabına təmin edir.
Bu ölkələr anlayır ki, təbii sərvət xalqındır.
Bəs hansı ölkələr uşaq pulu vermir?
Əsasən Hindistan, Pakistan və bəzi Afrika ölkələri. Hətta Hindistanın bəzi ştatları uşaq doğuşunun azalmasına reaksiya verərək uşaq pulu ödəyirlər. Bugünlərdə bu barədə yazmışdım. Halbuki Hindistan əhalisinin sayına görə hətta Çindən də öndədir, dünyada birinci yerdədir...
Bu kimi ölkələrdə uşaq pulu ya ümumiyyətlə yoxdur, ya da çox məhduddur.
Səbəb sadədir: iqtisadi imkanlar zəifdir, sosial dövlət modeli qurulmayıb.
Azərbaycan bu ölkələrlə eyni səviyyədədirmi?
Bəs illərlə danışılan “analoqsuz inkişaf” hara getdi? Yoxsa o da görbagör oldu?
Ən sərt sual budur: problem uşaq puludur, yoxsa sistem?
Azərbaycanda illərdir korrupsiya sistem halını alıb, rüşvətxorluq dövlət mexanizminə çevrilib, 10 milyardlarla vəsait ölkədən çıxarılıb və proses davam edir.
Amma yenə də deyilir ki, uşaq pulu vermək olmaz.
Bu, arqument deyil.
Bu, açıq riyakarlıqdır.
Çünki şəhid ailəsi dəstək gözləyir, qazilər problemlə yaşayır, xəstələr müalicə üçün pul tapmır, tələbələr təhsil haqqına görə yarı yolda qalır.
“Qaragüruh” adlandırılan insanlar kimdir?
Məhz o insanların övladları Qarabağı erməni separatçılarından təmizlədi. Səngərdə idi, canını qoydu. Bu, faktdır.
Bəs o biri tərəf?
İkinci Qarabağ müharibəsi zamanı neçə vəzifəli şəxsin oğlu şəhid oldu?
Cavab hamıya məlumdur.
Bəs o “papanın gül balaları” harada idi?
Xaricdə, rahat həyatın içində.
İndi isə həmin çevrələr çıxıb deyir ki, uşaq pulu istəyənlər “qaragüruhdur”.
Bu artıq təkcə ədalətsizlik deyil.
Bu, tarixi yaddaşa hörmətsizlikdir.
Mir Şahin buyurur ki, uşaqlar “sevgidən doğulsun”, amma necə yaşasın?
Bəli, uşaqlar sevgidən doğulur.
Amma sevgi uşağı doyurmur, müalicə etmir, təhsil haqqını ödəmir.
Bu, romantik cümlədir və manipulyasiyadır.
Sosial siyasət romantika ilə qurulmur.
Məsələnin siyasi tərəfi də aydındır.
Azərbaycanda deputatlar seçilmir, təyin olunur.
Təyin olunan isə verilən xətt üzrə danışır.
Yuxarıdan mesaj gəlirsə ki, “uşaq puluna qarşı çıxın”, onlar da çıxır.
Bu, şəxsi fikir deyil.
Bu, sistemin mövqeyidir.
Və ən acı həqiqət budur:
Bu ölkədə problem uşaq doğulması deyil.
Problem odur ki, Azərbaycanda hələ də sosial ədalət doğulmayıb. Bu gedişlə nə vaxt doğulacağı da bəlli deyil. Mir Şahin kimilər sinfinə daxil olanlar isə Azərbaycanda sosial ədalətin doğulması üçün yox, ölü doğulması üçün çalışırlar. Və çalışqanlığa görə də ətin yağlı yerindən yeyirlər. Mir Şahinin sevə-sevə “həpənd”, “qaragüruh”, “güruh tikələri” adlandırdığı insanlar isə ətin dadını almaq üçün ət yox, sümük alırlar. Və sümüyü qaynadıb suyunu içirlər. Bunu Allah necə götürür, mən bilmirəm. Ancaq mən insan olaraq öz payıma bu rəzalətə bütün varlığımla etiraz edirəm...
Uşaq pulu: sosial siyasət, yoxsa xalqı aşağılamaq?
Günay Ağamalının “uşaq pulu tənbəllik yarada bilər” fikri müzakirə doğurdu. Mir Şahin isə bu fikri müdafiə edərkən məsələni tamamilə başqa səviyyəyə çıxardı — sosial müzakirəni xalqın aşağılanmasına çevirdi.
İnsanlara “həpənd”, “qaragüruh”, “güruh tikələri” demək artıq fikir deyil. Bu, açıq şəkildə bu xalqın bir hissəsini alçaltmaqdır.
Amma gəlin emosiyanı kənara qoyaq və faktlara baxaq.
Dünyada inkişaf etmiş ölkələrin demək olar ki, hamısı uşaq pulu verir: Almaniya, Fransa, İsveç, Norveç, İsveçrə. ABŞ-da belə müxtəlif sosial proqramlar vasitəsilə ailələr dəstəklənir. Yaponiya və Cənubi Koreya kimi yüksək texnologiyalı ölkələrdə də dövlət uşaqlı ailələrə maliyyə dəstəyi verir.
Və bu ölkələrdə valideynlər uşaq pulu aldıqları üçün tənbəlləşmir. Əksinə, əmək məhsuldarlığı dünyanın ən yüksək səviyyəsindədir.
Niyə?
Çünki uşaq pulu kimlərinsə iddia etdiyi kimi “tənbəllik proqramı” deyil. Bu, sosial siyasətin ayrılmaz hissəsidir.
Keçmiş SSRİ məkanında da vəziyyət fərqli deyil.
Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Ermənistan — hamısında uşaq pulu və ya ailələrə birbaşa maliyyə dəstəyi mövcuddur. Bəzilərində isə doğumu stimullaşdırmaq üçün əlavə proqramlar tətbiq olunur.
Yəni inkişaf etmiş ölkələr verir, postsovet ölkələri verir. Hətta 2022-ci ildən müharibə aparan Ukrayna belə uşaqlı ailələrə sosial ödənişləri dayandırmayıb.
Şəhərləri bombalanır, milyonlarla insan köçkün düşüb, iqtisadiyyat ağır vəziyyətdədir.
Amma dövlət anlayır ki, uşaq gələcəkdir və ailə dəstəksiz qala bilməz.
Müharibə aparan Ukrayna uşaq pulu verə bilir, bəs neft-qaz ixrac edən Azərbaycan niyə verə bilmir?
Problem pulun olmaması deyil.
Problem prioritetlərin başqa yerdə olmasıdır.
Neft ölkələri nə edir?
Norveç gələcək nəsillər üçün yüz milyardlarla dollarlıq fond yaradıb.
Səudiyyə Ərəbistanı vətəndaşlara birbaşa sosial ödənişlər edir.
Birləşmiş Ərəb Əmirlikləri geniş sosial təminat verir.
Qətər əhalinin rifahını birbaşa dövlət hesabına təmin edir.
Bu ölkələr anlayır ki, təbii sərvət xalqındır.
Bəs hansı ölkələr uşaq pulu vermir?
Əsasən Hindistan, Pakistan və bəzi Afrika ölkələri. Hətta Hindistanın bəzi ştatları uşaq doğuşunun azalmasına reaksiya verərək uşaq pulu ödəyirlər. Bugünlərdə bu barədə yazmışdım. Halbuki Hindistan əhalisinin sayına görə hətta Çindən də öndədir, dünyada birinci yerdədir...
Bu kimi ölkələrdə uşaq pulu ya ümumiyyətlə yoxdur, ya da çox məhduddur.
Səbəb sadədir: iqtisadi imkanlar zəifdir, sosial dövlət modeli qurulmayıb.
Azərbaycan bu ölkələrlə eyni səviyyədədirmi?
Bəs illərlə danışılan “analoqsuz inkişaf” hara getdi? Yoxsa o da görbagör oldu?
Ən sərt sual budur: problem uşaq puludur, yoxsa sistem?
Azərbaycanda illərdir korrupsiya sistem halını alıb, rüşvətxorluq dövlət mexanizminə çevrilib, 10 milyardlarla vəsait ölkədən çıxarılıb və proses davam edir.
Amma yenə də deyilir ki, uşaq pulu vermək olmaz.
Bu, arqument deyil.
Bu, açıq riyakarlıqdır.
Çünki şəhid ailəsi dəstək gözləyir, qazilər problemlə yaşayır, xəstələr müalicə üçün pul tapmır, tələbələr təhsil haqqına görə yarı yolda qalır.
“Qaragüruh” adlandırılan insanlar kimdir?
Məhz o insanların övladları Qarabağı erməni separatçılarından təmizlədi. Səngərdə idi, canını qoydu. Bu, faktdır.
Bəs o biri tərəf?
İkinci Qarabağ müharibəsi zamanı neçə vəzifəli şəxsin oğlu şəhid oldu?
Cavab hamıya məlumdur.
Bəs o “papanın gül balaları” harada idi?
Xaricdə, rahat həyatın içində.
İndi isə həmin çevrələr çıxıb deyir ki, uşaq pulu istəyənlər “qaragüruhdur”.
Bu artıq təkcə ədalətsizlik deyil.
Bu, tarixi yaddaşa hörmətsizlikdir.
Mir Şahin buyurur ki, uşaqlar “sevgidən doğulsun”, amma necə yaşasın?
Bəli, uşaqlar sevgidən doğulur.
Amma sevgi uşağı doyurmur, müalicə etmir, təhsil haqqını ödəmir.
Bu, romantik cümlədir və manipulyasiyadır.
Sosial siyasət romantika ilə qurulmur.
Məsələnin siyasi tərəfi də aydındır.
Azərbaycanda deputatlar seçilmir, təyin olunur.
Təyin olunan isə verilən xətt üzrə danışır.
Yuxarıdan mesaj gəlirsə ki, “uşaq puluna qarşı çıxın”, onlar da çıxır.
Bu, şəxsi fikir deyil.
Bu, sistemin mövqeyidir.
Və ən acı həqiqət budur:
Bu ölkədə problem uşaq doğulması deyil.
Problem odur ki, Azərbaycanda hələ də sosial ədalət doğulmayıb. Bu gedişlə nə vaxt doğulacağı da bəlli deyil. Mir Şahin isə Azərbaycanda sosial ədalətin doğulması üçün yox, ölü doğulması üçün çalışır…
P.S “Qaragüruh” və “həpənd” kimi ifadələr sadəcə təhqir deyil, tarix boyu özünü “elita” sayanların xalqa baxışını ifadə edən anlayışlardır. “Qaragüruh” — düşünməyən, idarə olunan kütlə kimi təqdim olunur, “həpənd” isə bunun açıq və kobud formasıdır. Amma bu cür sözlərin işlədilməsi əslində bir şeyi göstərir: arqumentin yoxluğunu. Çünki faktla danışa bilməyən, problemi izah edə bilməyən tərəf məsuliyyəti cəmiyyətin üzərinə atmaq üçün insanları alçaldır. Halbuki tarix də, reallıq da göstərir ki, “qaragüruh” adlandırılan insanlar bu ölkənin yükünü daşıyan, işləyən, vergi verən və lazım olanda Vətən uğrunda döyüşən insanlardır…
Elbeyi Hesenli
TEREF

