BƏƏ və Yunanıstan müdafiə əməkdaşlığının gücləndirilməsinə dair memorandum imzaladı

Bu gün, 11:24           
BƏƏ və Yunanıstan müdafiə əməkdaşlığının gücləndirilməsinə dair memorandum imzaladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstan iki ölkə arasında hərbi və müdafiə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, sənəd BƏƏ-nin müdafiə işləri üzrə naziri Məhəmməd bin Mübarək bin Fadel Əl-Məzrui və onun yunanıstanlı həmkarı Nikos Dendiasın görüşü zamanı imzalanıb.

Görüş zamanı tərəflər müdafiə və hərbi sahələrdə əməkdaşlığın inkişaf yollarını, xüsusilə dəniz təhlükəsizliyinin birgə təmin edilməsi, təlimlərin keçirilməsi və hərbi təcrübə mübadiləsini müzakirə ediblər ki, bu da regional təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasına, eləcə də iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək.

“Hər iki tərəf birgə koordinasiyanın davam etdirilməsinin və müdafiə əməkdaşlığı istiqamətlərinin iki dost ölkənin ümumi maraqlarına cavab verən məcrada inkişaf etdirilməsinin vacibliyini təsdiqləyib”, – qurumdan bildirilib./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru