"Qiyamət radiosu" yeni mesaj verdi

Bu gün, 11:18           
"Qiyamət radiosu" yeni mesaj verdi
"Qiyamət radiosu" kimi tanınan qısadalğalı radiostansiyada "Bundot" sözündən ibarət yeni sirli mesaj yayımlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən rəsmi "Telegram" kanallarında məlumat yerləşdirilib.

Sözügedən elan mayın 18-də səhər saatlarında paylaşılsa da, mesajın mənası ilə bağlı heç bir əlavə şərh və ya izahat verilməyib.

Bu sirli mesajın yayılması Belarus ərazisində keçirilən taktiki nüvə təlimləri ilə eyni vaxta təsadüf edib. Belə ki, mayın 18-də həmin ölkədə qeyri-strateji nüvə silahının tətbiqi üzrə məsul olan hərbi bölmələr manevrlərə start verib. Təlimlərin əsas məqsədi hərbçilərin real döyüş şəraitində fəaliyyətə hazırlıq səviyyəsini yoxlamaqdan ibarətdir. Eyni zamanda, bu hərbi manevrlərin hər hansı üçüncü dövlətə qarşı yönəlmədiyi xüsusi olaraq vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru