Bakı-Tbilisi qatarı 6 il sonra bu tarixdən açılır?

Bu gün, 08:18           
Bakı-Tbilisi qatarı 6 il sonra bu tarixdən açılır?
Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.

Bizimesr.com “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub. Protokola əsasən, yeni Bakı–Tbilisi–Qars dəmiryolu hissəsi tam istifadəyə veriləcək.

Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.

ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən “Gürcüstan Dəmir Yolları” ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru