Nizami rayonunda tikintidə fəhlələr belə işlədilir?

Bu gün, 00:02           
Nizami rayonunda tikintidə fəhlələr belə işlədilir?
İnsan həyatı bu qədər ucuzlaşıb? Sahibkar qazansın, fəhlə canından olsun !

XALQ xəbər verir ki, redaksiyamıza daxil olan video görüntülərdə “Məmməd Səid Ordubadi 2A” ünvanında — 7 saylı doğum evinin qarşısında aparılan tikinti işləri zamanı fəhlələrin həyatının ciddi təhlükə altında olduğu görünür.

Kadrlarda iki nəfərin 14-cü mərtəbədə armaturların üzərinə çıxaraq heç bir təhlükəsizlik qaydasına əməl etmədən çalışdığı əks olunub. Belə ki, fəhlələrin üzərində təhlükəsizlik kəməri, kaska və digər qoruyucu vasitələrin olmadığı görünür.

Görüntüləri redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, ərazidə tikinti aparan “MTK” barədə məlumat lövhəsi də yerləşdirilməyib.

Aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma apararaq insan həyatını təhlükəyə atan hallara hüquqi qiymət verməsi tələb olunur.“Millisfera.az”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru