Subar Eli-Subartu dövləti m.ö 3- cü minillik.

Bu gün, 12:14           
Subar Eli-Subartu dövləti m.ö 3- cü minillik.
Subartu dövləti
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.
E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər.
Görünür, m.ö. IV minilin ortalarında Atayurddan ilk böyük köçün başlanması ilə dağılan prototürk çağından sonra Atayurdun güney-batı bölgəsində qalan subar boyları bura gələn ilk sami axınlarına qədər Subartunun əsas avtoxton əhalisi olmuşdur. Çünki sonralar bir-birinin ardınca İkiçayarasına gəlib yerləşən sumer, akad, hurri boylarından əvvəl buradakı yer-yurd adlarının çoxu türkcə idi. Ona görə də, Quzey-İkiçayarasında formalaşıb, ilkin prototürk Atayurdunun yaxın bölgələrinə yayılan qədim Xasun və Xalaf kulturunun da subar boylarına aid olması ehtimalı böyükdür, çünki Subartu adlanan ərazidə subarlardan əvvəl yaşamış hər hansı başqa bir xalqın (etnosun) adı tarixə bəlli deyil.
Təvəkgül Nəbioğlu
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru