Almaniya Türkiyənin cənub-şərqində “Patriot” sistemi yerləşdirəcək

Bu gün, 12:24           
Almaniya Türkiyənin cənub-şərqində “Patriot” sistemi yerləşdirəcək
Almaniya Türkiyənin cənub-şərqində “Patriot” zenit-raket kompleksləri yerləşdirəcək.

TEREF xəbər verir ki, bu barədə “Berliner Zeitung” Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “Patriot” hava hücumundan müdafiə sistemi və Bundesverin təxminən 150 hərbçisi iyunun sonundan sentyabr ayınadək Türkiyədə dislokasiya olunacaq. Qeyd olunub ki, bu addım İrandakı vəziyyətlə əlaqədardır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu açıqlamışdı./Apa/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru