Özünü xəstəliyə vuran kişi bir ildən çox Berlindəki hoteldə pulsuz qaldı

Bu gün, 12:08           
Özünü xəstəliyə vuran kişi bir ildən çox Berlindəki hoteldə pulsuz qaldı
Almaniyanın paytaxtı Berlində bir ildən çox müddət ərzində hoteldə ödəniş etmədən yaşayan 55 yaşlı kişi dələduzluqda ittiham olunur.

Bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.

Yerli prokurorluqdan bildirilib ki, həmin şəxs 2023-cü ilin aprelində həyat yoldaşı və iki uşağı üçün otaq sifariş edib. O, yaşayış qoşqusunun (treylerinin) yandığını, özünün isə xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edib. Lakin sonradan bu iddiaların yalan olduğu üzə çıxıb.

Dələduz, həmçinin hoteldəki xərcləri avtomobil klublarından birinin ödəyəcəyini desə də, bunun da həqiqəti əks etdirmədiyi məlum olub. Nəticədə, hoteldə qaldığı müddətdə onun 100 min avrodan çox borcu yaranıb. O, 2024-cü ilin avqustunda hesabı ödəmədən hoteli tərk edib.

Cari ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilən şəxs bir müddət saxlanılsa da, sonradan sərbəst buraxılıb. Hazırda faktla bağlı istintaq araşdırmaları davam edir. Təqsirləndirilən şəxsi hansı cəzanın gözlədiyi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru