Trampdan Tehrana qəbuledilməz ultimatum – “Ağ bayraq qaldıracaqsınız”

Bu gün, 09:44           
Trampdan Tehrana qəbuledilməz ultimatum –
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İranla bağlı sərt paylaşım edib.

TEREF xəbər verir ki, Tramp bildirib ki, İran tam kapitulyasiya etsə, ordusu silahı yerə qoysa və rəhbərlik ABŞ qarşısında məğlubiyyət sənədlərini imzalasa belə, Amerika mediası bunu yenə də İranın “möhtəşəm qələbəsi” kimi təqdim edəcək.

ABŞ prezidenti paylaşımında İran donanmasının məhv edildiyini, hərbi hava qüvvələrinin artıq mövcud olmadığını və ordunun Tehrandan çıxaraq təslim olacağını bildirib. O, həmçinin “The New York Times”, “Wall Street Journal” və CNN kimi media qurumlarını sərt şəkildə tənqid edərək onları “saxta xəbərlər mediası” adlandırıb.

Tramp əlavə edib ki, Demokratlar və media “tamamilə ağıllarını itiriblər”./Musavat.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru