"Araz-Naxçıvan" Yüksək Liqanın qalibi oldu

Bu gün, 10:24           
"Araz-Naxçıvan" Yüksək Liqanın qalibi oldu
Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, XX turun və mövsümün bağlanış matçında "Neftçi" İdman Klubunu 5:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub.

Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub. Eyni xala malik "Neftçi" İK isə əlavə göstəricilərə görə mövsümü Naxçıvan kollektivinin ardından ikinci bitirib.

Daha əvvəl "Baku Fire" çempionatın bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın Yüksək Liqada 20-ci çempionluğu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru