İudaizm, Xristianlıq və İslamdan çox-çox ÖNCƏ, Türk xalqlarının minilliklərə dayanan Tanrıçılıq (Tenqriizm) dini vardı.
Bu gün, 08:14

İudaizm, Xristianlıq və İslamdan çox-çox ÖNCƏ, Türk xalqlarının minilliklərə dayanan Tanrıçılıq (Tenqriizm) dini vardı.
Tenqriçiliyə görə ən uca varlıq Kök Tengri / Göy Tanrı idi. O, kainatın və taleyin sahibi, aləmin Rəbbi sayılırdı.
Qədim türklər dağlara, bulaqlara, çaylara, ağaclara HÖRMƏT göstərərdi. Təbiəti korlamaq GÜNAH sayılar, suyu çirkləndirmək, ocağa hörmətsizlik etmək pis əlamət hesab olunurdu. İnsan təbiətin SAHİBİ YOX, bir hissəsi idi.
Boz qurd, at və qartal simvolik qəbul olunurdu. Hətta qida üçün istifadə olunan canlılar və bitkilərin "ruhuna" sayqı duyulur, istifadə üçün "izn" duaları oxunardı.
Ocaq ailənin və həyatın mərkəzi idi. Oda tüpürmək və ya ocağı təhqir etmək böyük hörmətsizlik sayılırdı.
QADIN mövqeyi güclü və görünən idi. Qadın yalnız ev işi görən biri kimi yox, oba həyatının mühüm üzvü sayılırdı. Hökmdarın xanımı — “xatun” yüksək statusa malik idi. Qədim türk dastanlarında qadın siyasi qərarlara təsiri edir, at sürür, ox atır, döyüşə qatılır...
Orxon Yensiey yazılarında belə ifadə var “Yuxarıda mavi göy, aşağıda yağız yer…” Bu baxışdan bəllidir ki, insan kainatın mərkəzi yox, onun bir parçasıdır!
Bu gün Azərbaycanda yaşayan bozqurd motivi, at kultu, kurqanlar (təpə qəbirlər), qayaüstü təsvirlər, xalça, daş və qəbirüstü naxışlarda qədim türk damğaları və ornamentlər, Novruz öncəsi od kultu, oddan tullanmaq, ağaca parça bağlamaq , mavi muncuqların enerjisi, türkəçarələr, nəzər çıxarma, neqativ enerjiyə qarşı ot yandırmaq, davul ritmləri, transa bənzər ayinlər, arxanca su atmaq, göyə and içmək, dağ və ağaca mistik münasibət Tanrıçılığın izləridir.
Müasir Çindən Macarıstana uzanan TANRIÇILIQ, əsrlərlə, QILINC YOLU ilə, qan və qırğınlarla, pisləndi, QADAĞA edildi.
Amma, bir çox sözlərimiz, əlifba, ənənə, əsatirlər, inanclar var və bunlar BİZİ BİZ EDƏN şeylərdir. Bunu yaxşı araşdırıb, dəyərləndirməliyik... Ən azı ÖZÜMÜZƏ QAYITMAQ və ƏCDADLARA HÖRMƏT əlaməti kimi.
“Tengri biz menen” - Tanrı bizimlədir!
Murad Arif
TEREF

