ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

Bu gün, 16:24           
ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
2021-ci ilin yanvar ayında ABŞ-də Kapitoliyə edilən basqında iştirakına görə məhkum edilmiş şəxs Pentaqonun terrorizmlə mübarizə üzrə məsul şöbəsində işlə təmin olunub.

Bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, basqın zamanı 19 yaşı olan Elias İrizarri həmin hadisələrdə iştirak etdiyi üçün 14 gün müddətinə həbs cəzası alıb.

Qəzetin mənbələri bildiriblər ki, hazırda o, Pentaqonun Xüsusi Əməliyyatlar və Aşağı İntensivlikli Münaqişələr İdarəsinin terrorizmlə mübarizə şöbəsinə işə götürülüb. Onun bu vəzifəyə gətirilməsi əməkdaşlar arasında narahatlıq yaradıb. Onlar Amerika demokratiyasına qəsd edən bir şəxsin belə bir vəzifəyə necə təyin olunduğunu anlaya bilmirlər. Mənbələrdən biri qeyd edib ki, şübhəli keçmişə malik belə bir gəncin bu qədər məsuliyyətli posta təyin edilməsi rəhbərliyə qarşı suallar yaradır. İrizarrinin hazırda çalışdığı şöbə həm də səfirliklərin mühafizəsi və girovların xilas edilməsi kimi məsələlərlə məşğul olur. Nəşrin məlumatlı mənbələri bu şöbənin fəaliyyətini Pentaqondakı ən həssas işlərdən biri kimi dəyərləndirirlər. Onların sözlərinə görə, buradakı bütün vəzifələr məxfi məlumatlara çıxış icazəsi tələb edir. Bununla yanaşı, Pentaqonun mətbuat katibi əvəzi Coel Valdez İrizarrini ixtisaslı və vətənpərvər gənc mütəxəssis adlandırıb.

Qəzetin istinad etdiyi məhkəmə materiallarına əsasən, gənc iki dostu ilə birlikdə Kapitoliyə basqına qoşulub və buna görə sonradan məhkum edilərək işin ən gənc fiqurantlarından biri olub. Onu həmçinin zorakılığın qarşısını almaq üçün heç bir tədbir görməməkdə günahlandırıblar. Sonradan İrizarri öz günahını etiraf edərək əməllərindən peşman olduğunu bildirib, həmçinin həlak olmuş bir neçə hüquq-mühafizə orqanı əməkdaşının dul qadınlarından üzr istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru