Dünya çempionatında hakim səhvlərinə qarşı yeni texnologiya tətbiq olunacaq
Bu gün, 10:44

Dünya çempionatında hakim səhvlərinə qarşı yeni texnologiya tətbiq olunacaqŞimali Amerikada keçiriləcək futbol üzrə dünya çempionatı bir sıra innovativ texnologiyalarla yadda qalacaq.
Qaynarinfo xəbər verir ki, FIFA turnirdə süni intellekt əsaslı sistemləri, sensorlu ağıllı topu və komandalar üçün rəqəmsal köməkçiləri istifadəyə verməyə hazırlaşır.
Yeni texnologiyalar futbolun inkişafına, oyunçulara, komandalara və azarkeşlərə xidmət edəcək.
Sensorlu ağıllı top
Turnirdə Adidas tərəfindən hazırlanmış "Trionda" adlı ağıllı topdan istifadə ediləcək. Top saniyədə 500 dəfə məlumat toplayan xüsusi hərəkət sensoru ilə təchiz olunub.
Bu sistem topa toxunma anını millisaniyələr ərzində müəyyən etməyə imkan verəcək. Nəticədə ofsayd qərarları daha sürətli və dəqiq veriləcək, əl ilə oynama və mübahisəli penalti epizodlarının təhlili asanlaşacaq.

Futbolçuların 3D avatarları yaradılacaq
Dünya çempionatında iştirak edəcək 1248 futbolçunun hər biri üçün yüksək dəqiqlikli üçölçülü rəqəmsal avatar hazırlanacaq.
Turnirdən əvvəl aparılacaq bədən skanları əsasında yaradılan 3D modellər hakimlərə sürətli və mürəkkəb oyun epizodlarını daha dəqiq qiymətləndirməyə kömək edəcək. Sistem yarıavtomatik ofsayd texnologiyasını tamamlayaraq şübhəli vəziyyətlər barədə nəzarət otağına avtomatik siqnal göndərəcək.

