Azərbaycan Türklərinin Aras (Araz) -Rus (Urus) tayfası 3500 il öncə.

Bu gün, 17:04           
Azərbaycan Türklərinin Aras (Araz) -Rus (Urus) tayfası 3500 il öncə.
Azərbaycanın Araz (ƏrÜz) çayı bir çox qədim mənbələrdə Aras kimi göstərilən çay ətrafında yaşayan Araz (ƏrÜz)- Aras (ƏrƏs) tarixi mənbələrdə Rus (Urus) adlandırılan Türk tayfasının 3500 il öncə bir hissəsinin Şərqi Avropaya indiki Ukraynaya (bunu bir çox Ukrayna tarixçi alimləri də təsdiq edir) köçüb, sonradan Kiev(OdEv) Rus dövlətinin əsasını qoymuşdular. Digər bir hissəsi tarixi mənbələrdə Etrusk adlandırılanlar isə Anadoluya köşmüşlər. Troyanın süqutundan sonra İndiki İtaliyaya köçərək Roma İmperiyasının yaradılmasında iştirak etmişdilər.Etrusklar haqqında ayrıca paylaşacam.
Tarixi mənbələrdə ros, rus, urus, uruş adlandırılan ruslar slavyan deyildilər. IX-XII əsr ərəb səyyahları yazırlar ki, xəzərlərin ölkəsində slavyanlar və uruslar vardır. Urus türk tayfasıdır, onlar İtil çayı ilə ticarət edirlər. Slavyanları əsir tutub qul bazarında satırlar. Urusların ən döyüşkən dəstələri lX əsrdə Baltik dənizi sahilinə gəlib normanları özlərinə tabe etdilər. Dnepr çayı boyuna enib Kiyev rus-norman dövlətinin əsasını qoydular. M.İ.Artamonov 1951-ci ildə yazırdı: - Rus adında slavyan tayfası mövcud olmamışdır. Ona görə də 11 il onun kitabının nəşrinə icazə vermədilər. Xalqların çoxu məğlub ediləndə məhv olur, türklər isə bəzən qalib gələndə məhv olurdular. Çox döyüşkən olduqlarına görə özlərindən on-on beş dəfə çox olan xalqları məğlub edir, illər ötəndən sonra qalib azlıq məğlub çoxluq arasında ətiyib itirdi. Er.əv.ll-l minilliklərə aid mixiyazılı kitabələrdə urus etnonimi ur us hecalarl ilə yazılır. Bəzi mətnşünaslar onu urus, bəziləri uruş, bıziləri uruz kimi oxuyurlar. Gafqaz Albaniyasında yurd salan Uruz nəsli bir müddət Albaniyada çar oldu, ancaq Pompey ilə döyüşdə məğlub olaraq İveriyaya çəkildilər. Orada Uruz şəhərini saldılar. Gürcülər həmin çəhəri Xll əsrdə Uruztav, XVll əsrdə Rustavi adlandırdılar. Qıpçaq dilindən alınan tav sözü gürcü dilində dağ deməkdir. Biz Avrasiya mədəniyyətinin yaradıcılarıyıq. Ancaq yaratdığımız o mədəniyyətə varislik iddialarımızı lazımınca əsaslandıra bilməmişik.(İlhami Cəfərsoy.)
Mövzunun xalqımız üçün də böyük maraq kəsb etdiyini nəzərə alaraq mənim "Туран-древнейшая история мира" kitabımda tarixi mənbələrə əsasən Ukraynanın türklərin qədim vətəni olmasını özündə əks etdirən bölmənin qısaldılmış variantını diqqətinizə təqdim edirəm.
Rusiya və Ukrayna qədim tarixini araşdırmadan öncə belə bir fikri qeyd etməyi lazım bilirik ki, prototürk adlandrılan öntürklərin təşəkkül tapdığı və minillər ərzində məskunlaşdıqları bu ərazilərə slavyanların ilkin dəstələri eramızın VIII əsrindən etibarən gəlməyə başlayaraq ilk öncə ucqarlarda məskunlaşmış və tədricən inkişaf edərək etnik qruplar şəklində formalaşaraq geniş əraziyə yayılmışlar.Tarixi inkişafın sonrakı dövrlərində bu ərazilər slavyanların və türklərin ortaq vətənlərinə çevrilmişdir.Sovet dövrü və müasir Rusiya tarix elmi qarşısında duran əsas məqsəd türklərin qədim tarixini saxtalaşdırmaqdan ibarət olmuşdur.
Bir çox müəlliflər Ukraynalıların türklüyünü yanlışlıqla əsas etibarı ilə qıpçaklara bağlayırlar. Halbuki Ukraynada prototürklərin və ilkin türklərin Ukrayna adlanan ərazidə məskunlaşmalarının tarixi daha qədim dövrləri əhatə edir.İndi Rusiya adlanan ölkənin Altay dağlarından başlamış Ural dağları arasındakı Qərbi Avrasiya ərazisində Turan etnosu təşəkkül tapmış və tarixi mənbələrdə ilkin Turan adlanmışdır. Slavyanlar Ukrayna ərazisində məskunlaşmadan yüz illər öncə bu coğrafiyanın əsas sakinləri türklərdən ibarət olmuşdur.Qədim dövlət təşəkkülləri Rusiya ərazisində deyil,Şərqi Avropada məhz Ukrayna ərazisində mövcud olmuşdur.Bu baxımdan Ukraynanın dövlətçilik ənənləri tarixən Rusiyadan daha qədimdir.
P.Qolubovski,D.Rasovskiy,O.Pritzak,P.Toloçko,V.Markov və.s.kimi müəlliflər türk tayfa birliklərinin Ukrayna tarixində və Ukrayna xalqının etnogenezinin formalaşmasın oynadıqları rolu araşdrılmasına konkret əsərlər həsr etmişlər.Ukrayna xalqı türk-slavyan etnik birliyi nəticəsində yaranmış etnosdur.Tarixən türklərin vətəni olan Ukrayna slavyanlar VIII əsrdən etibarən tarix səhnəsinə qədəm qoyduqdan sonra hər iki etnosun ortaq vətəninə çevrilmişdir.
Böyük tarixçi Lev Qumilyov şərqi slavyanların tarix səhnəsinə VIII əsrdən etibarən qədəm qoyduqlarını yazır.
Şərqi slavyanda ilk dövlət Ukrayna ərazisində yaranan Kiyev rus dövləti hesab olunur.Kiyev rus dövlətinin türk,varyaq,slavyan mənşəinə malik olmasına dair müxtəlif tezislər irəli sürülsə də
Bu dövlətin yaradılışdan etibarən türklərə məxsus olduğu tarixi mənbələr əsasında sübut olunmaqdadır.
Ukrayna adı ilk dəfə ölkə adı olaraq 1187-ci ildə İpatyev səlnaməsində Qalisiya bölgəsi kimi "Ukrayna Qaliçskaya" şəklində çəkilmişdir.
Bir çox rus və ukraynalı araşdırıcılar və o cümlədən Ukraynanın görkəmli tarixçisi M.S.Qruşevski Ukrayna adının "sərhəd ərazisi" anlamında "krayn" və ya "vkrayn" sözündən yarandığı fikrini irəli sürmüşlər.
Bir çox ukrayna tarixçisi isə Ukrayna adının ölkə və yer mənasında "kray" və ya "kraina" sözlərindən yarandığı fikrini irəli sürürlər.
Ruslan slavyan adı deyildir, teonim mənşəli prototürk adıdır. Bizim əcdadlarımız tanrısı Araz olan alp igidlərə Araslan, tanrısı Uruz olan alp igidlərə Uruslan deyirdilər. Araslan adı arslan, daha sonra aslan deyimində dilimizdə qalmaqdadır. Uruslan isə Ruslan formasında slavyan dillərinə keçmişdir. Araslan adının kökündə Araz, Uruslan adının kökündə Uruz teonimi durur. Tanrı Araz döyüşlərdə düşmən əsgərlərinin yaralayır, Tanrı Uruz öz xalqından olan döyüşçülərə qalib gəlmək üçün ruh, qüvvət verirdi. Bugünədək Qazax dilində uğura, xoşbəxtliyə urus, Qara Qalpaq dilində uruz deyilir. Uruz nəslinin bir hissəsi slavyanlar üzərində hökmran olmuş, yüz illər ötəndən sonra slavyanlaşmışdır. Bu gün böyük slavyan xalqlarından biri türkcə Urus adı daşıyır. Qədim norman miflərində slavyanlar üzərində hökmran olan ruslar Urus, german miflərində germanlar üzərində hökmran olan pruslar Purus adlandırılır. Bildirilir ki, uruslar və puruslar bir-birinə qohum xalqlardır. Hətta "Qədim Rusiya tarixi" kitabının 1766-cı il nəşrində göstərilir ki, uruslar və puruslar eyni xalqlar olub eyni dildə danışırlar. Onlar iki yerə bölünüb bir hissəsi slavyanlar, bir hissəsi germanlar üzərində hökmran olmuşdular. Bizim əcdadlarımız Rusiya və Avropa dövlətçiliyinin yaradıcılarıdır. Əgər Britaniyada Uruz adlı çay, Qorqud adlı knyazlıq var idisə, İtaliyada Bərdə, Şuşa, Durna şəhərləri var idisə, biz öz tariximizi son yüz ildə yazılmış saxta əsərlər əsasında yox, qədim mənbələr əsasında öyrənməliyik. İngilislər indi Uruz çayını Uza, bolqarlar Durna ova şəhərini Trnovo, çinlilər Kaşğar şəhərini Nan Lu adlandırırsa, biz beyinlərimizi yad düşüncələrdən təmizləməliyik.
İlhami Cəfərsoy,
Araz qədim Türk tayfalarından biridir. Türkiyəli professor Yaşar Yücel Qazi Bürhanəddin Əhməd və dövləti kitabında yazır ki, Türkmənlərin Araz tayfası Səlcuqların tərəfində Misir qoşunları ilə vuruşurdu. Araz tayfası ən qədim dövlətlərindən birini Xəzər dənizinin şərqində, birini şimalında qurmuşdu. Volqa və Sır Tengiz çayları onların adı ilə Araz adlanırdı. Daha sonra Araz xalqının bir qolu Xəzər xaqanlarının yanına köcdu. Onların qoşun başçılarindan biri Araz tarxan titulu daşıyırdı. Ziya Bünyadov Albaniyaya qoşun yeridən Araz tarxanın adını Racu tarxan kimi yazır. Ona görə yazır ki, onun Hind-İran mənşəli olduğunu güman etsinlər. Əziz həmvətənlərim !!! Könülləri ölüyandıran hindlilərə, saqqallı iranlılara məhəbbətlə dolu olanlar AMEA-da akademik, direktor olurlar, ürəkləri Turan eşqi ilə döyünənlər şöbə müdirliyindən yuxarı qalxa bilmirlər. Sözlərimin sonunu dörd misra ilə bitirirəm:
De görüm nə deyirsiz
Gün altında zülmətə?
Daha sözüm qurtarır,
Nöqtə, nöqtə və nöqtə !!!
İlhami Cəfərsoy, Taxixçi Alim.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru