Abbas Əraqçı: "Beyruta hücum olarsa, İsrailə zərbə endirəcəyik"

Bu gün, 11:18           
Abbas Əraqçı: "Beyruta hücum olarsa, İsrailə zərbə endirəcəyik"
"İran hər an müharibəni bərpa etməyə və İsrailə zərbə endirməyə hazırdır".

"Fars" agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.

"Əgər İsrail Beyruta qarşı təcavüz həyata keçirərsə, bizim silahlı qüvvələrimiz hər an müharibəni bərpa etməyə və İsrailə zərbə endirməyə hazırdır", - deyə o vurğulayıb.

Əraqçı İranın ABŞ ilə təmaslarının kəsilmədiyini diqqətə çatdırıb. "Amerikalılarla təmaslarımız kəsilməyib, lakin danışıqlarda heç bir irəliləyiş də əldə olunmayıb", - deyə nazir bildirib.

Nazir vurğulayıb ki, danışıqlara qayıdış İran xalqının hüquqlarının təmin edilməsi, həmçinin İrana, Livana və regiona qarşı müharibənin dayandırılması şərti ilə mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru