ETRUSK MƏBƏDİNƏ İŞƏ GÖTÜRÜLMÜŞ ALPAN

Bu gün, 12:04           
ETRUSK MƏBƏDİNƏ İŞƏ GÖTÜRÜLMÜŞ ALPAN
Petra Amann tərəfindən – “Şəkil 1a–b:) Yazısı olan gənc oğlanın tunc heykəlciyi, hünd. 32 sm, Montecchio Vesponidən (Kortona ərazisi İtaliya), təxminən eramızdan əvvəl 150-ci il, Leyden, Milli Antik Əşyalar Muzeyi, inv. CO 4.” qeydə alınmış və təsvir edilmişdir.
“Yazı sağ ayaq boyu uzanır və heykəlcik tökülməzdən əvvəl tətbiq edilmişdir:” yazır P. Amann və onu bü cür deşifrə edir :
1. veliaś. fanacnal. θuflθaś
2. alpan. menaχe. clen. ceχa. tuθineś. tlenaχeiś
Yazının deşifrə edilməsi qaydasındadır.
Onun orijinalını Azərbaycan türkcəsində və öz deşifrəmi təqdim etməzdən əvvəl, Dr. Petra Amannın şərhinə nəzər salmaq istərdim:
“From Velia Fanacnei to (actually of) Thufltha; the votive gift has been made in favor of the son tuθineś tlenaχeiś.”
Yəni, "Velia Fanaknei-dən (əslində) Thuflta-ya qədər; nəzir, tuthineś tlenaχeiśin oğlunun xeyrinə verildi.
***
İndi isə mətn bizim transkripsiyada:
veliaś. fanacnal. thuflithaś alpan. menaxe. clen. cexa. tuthineś. tlenaχeiś
Azərtürk metodu ilı yenidən modelləşdirmədə
veli as fanas[i]n al thufl[i] thash[i] alpan.
Menaxe k[e]len kexa tuthin esh tlen ax[i] eis
Qədim Azərbaycan türkcəsində :
VƏLİ AS, FƏNASIN AL, TUFLİ DAŞI, ALPAN. MENAKE GƏLƏN KEXA TÜTİN EŞ, TELİN (QARŞIĞIN) AHINI ƏZ.
LÜĞƏT
• VELI — müqəddəs, qəyyum, himayədar
• AS — gözətçi, qoruyucu
• FƏNASIN — zərərli vəziyyətindən (fena — pis, zərərli sözlərindən)
• AL — götür, qəbul et, qoru
• TUFLİ — ayaqqabı (deyirlər, rus dilindən gəlib bizə)
• DAŞI — daşımaq, qayğısına qalmaq
• ALPAN — şəxsi ad (bizdə daima yaşarıdır)
• MENAKE — müqəddəs şəxs; güman ki, Etrusk özünün din
məbədinə Menak deyib
• K[E]LEN (GƏLƏN) — gələn / ziyarətə gələn, dua etməyə gələn
• KEXA — türk dilində ehtimal ki, kəxya/kahya —idarəçi, qüdsal lider. Kex və ya Keyx də Etruskda din xadiminə verilmiş addır. Keyx– çivi yazılarda tez-tez rast gəlinən – Şeyx`lə demək olar eyni səslənir
• TUTIN — tütin (deyirlər tütünü Avropaya Amerikadan Kolumb
gətirib). Bu, siqaretin və tütünün etruskda olduğunu
sübut edən 3-cü və ya 4-cü faktdır
• ESH — bükmək, eşmək sözündən, papiros eşmək
• TLEN — lənətləmək (təlin sözündən)
• AXI (AHI) — ah çəkmək, nalə çəkmək, kədərlənmək yəqin
• EIS — eyz - əz, aradan qaldır (əzmək sözündən)
Yenidən qurulmuş məna :
VELİNİ AS (Müqəddəs Sahibini qoru), FƏNASIN AL (ağrı-acısın al), TUFLİ DAŞI, ALPAN.
MENAKE (Məbədə) GƏLƏN KEXA TÜTÜN EŞ, [Gələnlərin] ah-vayını, kədər və qəzəblərini əz (aradan qaldır).
Rusca:
Патрулируй своего святого хозяина, принимай его боли, заботы, неси и укладывай обувь посетителей, Alpan. Закручивай тютюн для главаря и элитных персон, снимай грусть и проклятия посетителей.
MÜZAKIRƏ
Beləliklə, Petra Amann tərəfindən nəzir fiquru kimi təsvir edilən oğlanın sağ ayağına həkk olunmuş yazısını yenidən qurduq, ilk dəfədir ki, çox vacib detalları - Etruskda dini məbədin – MENAK - və onda xidmət göstərən din xadiminin – KEYX - adlandığnı öyrəndik.
Yazı həm də Etruskda Alpan adının varlığından xəbər verir və bu, ilk deyil, oğlanın çoxlu ziyarətçi qəbul edən müqəddəs ziyarətgahda və onu idarə edən şəxsə xidmət etdiyini görürük.
Bir detal nəzər çəkicidir: Görünür, müsəlman məscidinə girməmişdən ayaqqabıları çıxarmaq islamın özünün kəşfi deyil. Oğlanın bud və baldırındakı yazıda bu, mütləq həkk olunub.
Etrusk məbədində ayaqqabı çıxarmaq islamdan çox-çox qabaq mövcud imiş.
Mümkündür ki, bu, Türkün Cıqqır At (Səs at – dua et Allaha - ədəbiyyatda səhvən Ziggurat yazırlar) səcdagahında da bu gigiyenik ənənə olub.
Yazıda ziyarətgah rəhbəri tərəfindən oğlana (əl uşağına) verilən vəzifələr təsvir edilib. Bu vəzifələr, ehtimal ki, heykələ ona görə həkk olunub. U məbədin girişində qoyulub ki, buna oxşar xidmətdə olan digər yeniyetmələr də onları aydın şəkildə oxuyub xatırlasınlar. Öz vəzifələrini Müqəddəs MELÇEDƏ (gil yazı sözüdür - ALLAH MELÇESİ - Allah EVİ deməkdir) səhvsiz yerinə yetirsinlər.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru