"YouTube" "Netflix"i qabaqladı

Bu gün, 17:24           
"YouTube" "Netflix"i qabaqladı
Ötən il dünyada "YouTube" videohostinqinin orta baxış müddəti hər hesaba görə sutkada 87.2 dəqiqədən 99.1 dəqiqəyə qədər artıb. Bununla yanaşı, "Netflix"in orta baxış müddəti azalıb - hər akkaunta görə sutkada 100.5 dəqiqədən 93.4 dəqiqəyə düşüb.

Bu barədə statistik məlumatları Böyük Britaniyanın "Digital i" analitik şirkəti dərc edib.

"Digital i" aralarında ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Meksika, Braziliya və Cənubi Koreyanın da olduğu 20 ölkədə müxtəlif xidmətlərə baxış müddətini izləyir.

Şirkətin analitikləri qeyd edirlər ki, sözügedən ölkələr arasında "YouTube"a ən çox Cənubi Koreyada baxırlar - gündə orta hesabla 161.5 dəqiqə. Yaş qrupları baxımından "Z nəsli" (buraya adətən 1997-ci ildən 2012-ci ilə qədər doğulan insanlar aid edilir) liderlik edir - onlar "YouTube"a gündə orta hesabla 111 dəqiqə baxırlar.

Tədqiqat müəllifləri onu da vurğulayırlar ki, bu videoxidmət getdikcə daha çox televizorlarda izlənilir - belə baxışların payı 28%-dən 35%-ə qədər artıb, mobil qadcetlərdə baxışların payı isə 35%-dən 31%-ə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru