"ChatGPT" istifadəçi sayının artım sürətinə görə bütün tətbiqləri qabaqladı

Bu gün, 17:38           
"ChatGPT" istifadəçi sayının artım sürətinə görə bütün tətbiqləri qabaqladı
"OpenAI" şirkətinin "ChatGPT" tətbiqi dünya üzrə aylıq aktiv istifadəçi sayında bir milyard həddini keçib.

İxbt.com saytı xəbər verir ki, "Sensor Tower" analitik şirkətinin qiymətləndirmələrinə əsasən, "ChatGPT" bu göstəriciyə ən qısa müddətdə çatan tətbiq olub.

Tətbiq istifadəyə verildikdən təxminən üç il sonra bir milyard aktiv istifadəçi həddini aşaraq "Google Maps", "TikTok", "Instagram" və "YouTube" kimi platformaların böyümə sürətini geridə qoyub.

"Sensor Tower"in hesabatına görə, cari ilin ikinci rübünün nəticələrinə əsasən, "Claude" tətbiqinin dünyada aylıq aktiv istifadəçi sayı 56 milyona çatıb. "Claude"un istifadəçi sayında illik müqayisədə müşahidə olunan 640%-lik artım "ChatGPT"nin artım tempini (62%) əhəmiyyətli dərəcədə üstələyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru