Cahangir Əsgərov medianın yazdıqlarını təkzib etdi amma ...
Bu gün, 11:24

Azərbaycan mediası (Unikal.az və sair.) sabiq AZAL prezidenti Cahangir Əsgərovun bankda 170 milyon manat depozitinin olduğunu, həm də özünün çıxıb İspaniyaya getdiyini yazıb. Və yazıb ki, o məbləğdən ildə 1,2 mln. m. gəlir alır.
Cahangir Əsgərov isə dərhal açıqlama verərək, deyib, bu məlumatlar yanlışdır. Hazırda ölkədə, İsmayıllıda, öz bağımda istirahət edirəm. Sonra isə, buradan çıxıb Bakıya, Şüvəlandakı digər bir bağıma gedəcəyəm. İspaniyada da bağı olması barədə bir söz deməyib. Deyib ki tək yaşayıram. Və mənə toxunan manyakları Allaha tapşırıram.
Beləliklə, iddia edən medialar da, təkzib edən C. Əsgərov da konkret dəlil qoymur araya. Məsələ də suallıı qalır: maaşla işləyən AZAL rəhbərinin bu qədər və onda da artıq pulu ola bilərmi heç?
İki faktla qısa araşdıraq bunu. Bir tərəfdən neçə ildir, AZAL uçuş qiymətləri, görünməmiş dərəcə yüksək olub, qonşu ölkələrinkindən qat-qat çox və camaat da narazılıq bildirib. Bir tərəfdən də, dövlət rəhbəri çıxışında, AZAL dövlət şirkətinin dövlətə borcla işləməsi haqda narazılıq bildirib.
Sual qalır: onda bu qədər bahalı biletlərin pulu, milyonlar hara gedib? O pul camaatdan çıxır və dövlətə də keçmirsə, ortada, harada itir?! Yenə, cənab Əsgərovu fakta əsaslanmalı olan hüquq, kriminoloji sahənin adamı kimi konkret ittiham etmirəm, əlimdə sübut olmasa. Amma, nəzəri cəhətdən o və ondan da çox vəsait C. Əsgərov cənabda olmalıdır, ya da cavabını o verməlidir.
Bu sualın ən dəqiq cavabını isə, belə məsələyə birbaş müdaxilə və araşdırma imkanı olan Baş Prokurorluğun nəzdindəki, Korrupsiyaya Qarşı Mübarizə Strukturu verə bilər. Lazım bilinərsə!
Ilqar Altay

