Rubiodan Qrenlandiya ilə bağlı rezonans doğuracaq AÇIQLAMA: "İdeyamızdan əl çəkmirik"

Bu gün, 12:38           
Rubiodan Qrenlandiya ilə bağlı rezonans doğuracaq AÇIQLAMA: "İdeyamızdan əl çəkmirik"
"ABŞ Qrenlandiya üzərində suverenlik əldə etmək ideyasından əl çəkmir".

TASS xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bəyan edib.

"Prezident Trampın fikri ondan ibarətdir ki, sən nəyəsə nəzarət etdikdə, onun üzərində tam nəzarətə sahib olduqda onu qorumaq daha asandır. Biz, təbii ki, Danimarka və Qrenlandiya ilə danışıqlar aparırıq. Hesab edirəm ki, kifayət qədər yaxşı xəbərlərimiz olacaq", - deyə ABŞ diplomatiyasının rəhbəri bildirib.

Rubio Qrenlandiyanın Danimarkanın bir hissəsi olmasından xəbərdar olub-olmaması barədə suala "hələlik" deyə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru