Cənazə duaları oxunarkən "ölüm zonası"ndan sürünərək gəldi (FOTO)

Dünən, 16:34           
Cənazə duaları oxunarkən "ölüm zonası"ndan sürünərək gəldi (FOTO)
Dünyanın ən yüksək zirvəsi Everestdə altı gün əvvəl itkin düşən və həyatda olduğu düşünülməyən nepallı bələdçi dağçı sağ olaraq tapılıb.

Qaynarinfo xəbər verir ki, oksigenin çatışmadığı, dondurucu soyuq və güclü küləklərin insanı dəqiqələr içində ölümə sürükləyə bildiyi yüksəkliklərdə tək qalan dağçının günlərlə izinə rast gəlinməyib və ailəsi onun üçün artıq cənazə duaları oxumağa başlamışdı.

Altı gün ərzində ondan xəbər alınmaması səbəbilə onun həyatını itirdiyi düşünülürdü. Lakin o, öz imkanları ilə aşağı enməyi bacarıb və ana düşərgə yaxınlığında tükənmiş vəziyyətdə sürünərkən tapılıb.

Axtarış-xilasetmə işlərini aparan "8K Expeditions" şirkətinin nümayəndəsi Şerpa bildirib ki, dağçı bu səhər ana düşərgəyə yaxın bir nöqtədə tapılıb: "Aşağıya doğru sürünürdü".

Məlumata görə, xilas edilən dağçı helikopterlə Katmanduya çatdırılıb. O, xərəkdə daşınarkən görüntülənib. Şüurunun açıq olduğu, lakin bədənində soyuqdan qaynaqlanan xəsarətlər olduğu, ümumi vəziyyətinin isə stabil olduğu bildirilib.

Dağçının həyat yoldaşı Damu Şerpa ailənin böyük sevinc yaşadığını deyib: "Xəbəri alanda çox sevindik, ümidimizi itirmişdik. Hətta dünən ölüm dualarını belə oxutdurmağa başlamışdıq".

Məlumata görə, dağçı Everestdə "ölüm zonası” adlandırılan, oksigen səviyyəsinin olduqca aşağı olduğu 8 min metrə yaxın yüksəklikdə itkin düşmüşdü. Təcrübəli olduğu bildirilən Şerpa ilə bağlı daha əvvəl sosial şəbəkələrdə onun öldüyünə dair ehtimallar da paylaşılmışdı.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru