TƏCİLİ: İran İsrailə HÜCUMA BAŞLADI - Ballistik raketlərlə!

Bu gün, 00:12           
TƏCİLİ: İran İsrailə HÜCUMA BAŞLADI - Ballistik raketlərlə!
Yaxın Şərqdə regional müharibə alovlanmaqda davam edir. İrandan İsrail ərazisinə doğru növbəti genişmiqyaslı raket zərbələrinin endirildiyi qeydə alınıb. Hadisə ilə bağlı bölgədə dərhal ən yüksək səviyyədə təhlükəsizlik rejiminin tətbiqinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat xidməti rəsmi məlumat yayıb. Ordu rəhbərliyinin bəyanatında bildirilir ki, hərbi radarlar və erkən xəbərdarlıq sistemləri İrandan birbaşa İsrail istiqamətinə, xüsusilə ölkənin şimal bölgələrinə doğru buraxılan raketlərin trayektoriyasını qeydə alıb. Hazırda ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri yaranmış ciddi təhdidlərin və raketlərin havada zərərsizləşdirilməsi, qarşısının alınması istiqamətdə tam gücü ilə fəaliyyət göstərir.

Hücum fonunda İsrailin Daxili Cəbhə Komandanlığı saniyələr daxilində operativ hərəkətə keçərək təhlükəli zonada, o cümlədən raket zərbələrinə məruz qala biləcək müvafiq rayonlarda yaşayan sakinlərin mobil telefonlarına birbaşa təcili erkən xəbərdarlıq bildirişləri göndərib. Sakinlərə sirenlərin səslənəcəyi təqdirdə dərhal sığınacaqlara daxil olmaq və növbəti təlimatlara qədər orada qalmaq tapşırılıb.

Vəziyyətin inkişafı və HHM sistemlərinin fəaliyyətinin nəticələri barədə əlavə rəsmi məlumatlar daxil olduqca təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru