Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Bu gün, 00:06           
Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı
Mərhum amerikalı güləşçi-aktyor Halk Hoqanın ölüm səbəbi açıqlanıb.

Axşam.az xəbər verir ki, bu barədə “California Post” nəşri "Clearwater Police Department" nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, aktyor təbii səbəblərdən dünyasını dəyişib.

Daha əvvəl onun infarkt səbəbindən vəfat etdiyi bildirilirdi. Lakin Hoqanın qızı Bruk atasının ölümü ilə bağlı ciddi suallarının olduğunu demiş, hətta meyitin ekspertizası xərclərini qarşılamağa hazır olduğunu açıqlamışdı.

Nəticədə meyit üzərində ekspertiza aparılıb, amma araşdırma hər hansı cinayət izinə rast gəlməyib.

Məlumata görə, polis tərəfindən təxminən 11 ay davam edən istintaq zamanı aktyorun ölümündə zorakılıq və ya kriminal hal aşkarlanmayıb. Bu səbəbdən işin bağlanacağı bildirilib.

Qeyd edək ki, Halk Hoqan 26 iyul 2025-ci ildə vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru