Zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü - Bu ölkədə

Bu gün, 00:13           
Zəvvarları daşıyan avtobus yandı -
İraqda Ziqar və Bəsrə əyalətlərini birləşdirən magistral yolda sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

TEREF xəbər verir ki,qəzadan sonra avtobusda yanğın baş verib.

Yanğın 25 nəfərin ölümünə, 17 şəxsin xəsarət almasına səbəb olub. Xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı gözlənilir.

Vurğulanıb ki, ölən və yaralananlar Kərbəlanı ziyarət edərək Bəsrəyə qayıdan zəvvarlar olub.

Hadisə yerinə Ziqar qubernatoru Heytəm Əziz Həmdani gəlib, hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıb./Manset.az /












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru