İsrailin mərkəzində silahlı hücum - Ölənlər və yaralananlar var

Bu gün, 00:09           
İsrailin mərkəzində silahlı hücum - Ölənlər və yaralananlar var
İsrailin mərkəzi bölgəsində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

Bizimesr.com “The Times of Israel”ə istinadən xəbər verir ki, hadisə Koçav Yair yaşayış məntəqəsində qeydə alınıb. İsrail polisi hadisə ilə bağlı iki şübhəlinin müəyyən edildiyini bildirib. Onlardan biri saxlanılıb, digəri isə hələ də azadlıqdadır və təhlükəsizlik qüvvələri tərəfindən axtarılır. Hadisənin eyni ərazidə, İordan çayının Qərb Sahili ilə ayıran təhlükəsizlik səddi yaxınlığında üç fərqli nöqtədə baş verdiyi bildirilir.

Rəsmilər insidenti mümkün terror hücumu kimi qiymətləndirir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırma və əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru