Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi

Dünən, 17:18           
Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi
Rusiyanı tərk etmiş keçmiş dünya çempionu Harri Kasparovun Moskvanın mərkəzində yerləşən elit daşınmaz əmlakını satmasına qadağa qoyulub.
Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Söhbət Moskvanın Xamovniki rayonunda yerləşən, dəyəri 176 milyon rubldan (təxminən 4.1 milyon manat) artıq olan mənzildən gedir. Sahəsi 297 kvadratmetr olan bu mənzil binadakı ən geniş mənzil hesab olunur. Kasparov həmin əmlakı 2021-ci ildə anasından miras alıb. Mənzil üzrə kommunal xidmət borcu olmadığı bildirilir.

Məlumata görə, məhkəmə icraçıları sosial şəbəkələrdəki paylaşımlarında "xarici agent" qeydini göstərmədiyinə görə tətbiq olunan cərimələr səbəbindən mənzilin satışı, bağışlanması və başqa şəxsin adına keçirilməsini qadağan ediblər.

Hazırda 63 yaşlı Kasparovun üzərində bu səbəbdən ümumilikdə 90 min rubl (təxminən 2 120 manat) məbləğində üç cərimə olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru