"Azərikimya" IB-nin Etilen-Polietilen zavodunda qadınları zorla ixtisara salırlar - 53 yaşlı, 20 il stajlı qadın işçinin harayı...
Bu gün, 00:00

Bilin,Vallah zamana ehyiyac duyulur.
Bildiyiniz kimi ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yanında yaradılmış İctimai Şura var, hətta (işçi hüquqlarını qorumaq üçün hər ay işçinini əmək haqqısının 1% -ni götürən) həmkarlar təşkilatları da.
İl yarımdan artıqdır ki,ölkənin hasilat sənayesində kütləvi ixtisarlar( optimallaşdırma, təşkilatı sağlamlaşdırma adı altında ,psixoloji zorakiliq yolu ilə məcburi ərizə yazdırma və s) davam edir.Çoxlu sayda insan işsiz qalıb.Ərizə və şikayətlərə də müvafiq qurumlar standart cavab verib insanlara məhkəməyə müraciət etməyi məsləhət görürlər.Niyə? Məqsəd?
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Gahramanli yazır. Daha sonra Mirvari xanım yazır:
Cənab səlahiyyətlilər !
Bir xanım, bir necə pensiya yaşına çatmayan, ixtisar bildirişi alan xanimlar adından sizdən komək və dəstək diləyir! Artıq hara müraciət edəcəklərini ,hardan dəstək görə biləcəklərini bilmirlər. Bəlkə insafiniz olub SOCAR ixtisarlarını , o cümlədən bu xanımların düşdüyü vəziyyəti araşdırasınız!⁉️
- 20 ildir vicdan və məsuliyyətlə "Azərikimya" IB-nin Etilen-Polietilen zavodunda işləyirəm. Hazirda işlədiyim müəssisədə aparilan ixtisarla bagli əmək huquqlarimizin, gender bərabərliyinin pozuldugunu düşünürəm .Mən və bir neçə qadin ışçi psixoliji zorakılığa məruz qalmişiq. Belə ki,kişi işçilər 1 gun ərzində muessisədə işle təmin olunublar. Bizi isə tək ailə başçisi, tək ana olmagimizi, iş təcrubəmizi, dövlətdən hec bir muavinat almamagimizi,yaşimizin cox olmamasını nəzərə almayaraq, bizə ixtisarla bagli bildirişlər təqdim ediblər.Işlədiyim müddətdə rəhbərliyin bütun ğöstərişlərini ve tapşiriqlarini vicdan və məsuliyyətl yerinə yetirmiş, hec bir nöqsanim və töhmətim olmamişdir. Buna baxlamayaraq, ixtisara düşəcəyimiz barədə bizə bildiriş təqdim olunub.Hal-hazirda 53 yaşım var. Dövlət işi olduğu ücun bank mənə 65 yaşima qədər kredit borcu verib və mən dövlət ipotekasi ilə ev almişam.Işimi itirərəmsə , evimi də itirmək ehtimalı çox böyukdur. Arxam, köməyim, qazanc gətirənim yoxdur. Vəziyyətimiz cox acinacaqlidir. Bu da bizim ailəmizin sosial rifahina ciddi mənfi tesir ğöstərəcək .Agir psixoloji sarsinti ve ümidsizlik içində Sizdən xahiş edirəm bizə koməklik ğöstərəsiniz. İşlediyim müəssisədə ixtisasima uygun işlə təmin olunmama yardim edesiniz. Bele ki, pensiya yaşi çatib gedənlər var və bu proses davam edir. Duşunurəm ki, kifayet qədər boş ştatlar mövcuddur.
Əvvəlcədən diqqətinizə və koməyinizə ğörə təşəkkür edirem.
Mirvari Gahramanli
TEREF

