"Ərdoğan İsrailə əxlaq mövzusunda mühazirə oxuya biləcək sonuncu şəxsdir" - Netanyahu

Dünən, 16:34           
"Ərdoğan İsrailə əxlaq mövzusunda mühazirə oxuya biləcək sonuncu şəxsdir" - Netanyahu
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə əxlaq mövzusunda mühazirə oxuyacaq sonuncu şəxs olduğunu bildirib.

TEREF bildirir ki, Ərdoğan İsrailin Yaxın Şərqdəki siyasətinin Türkiyənin milli təhlükəsizliyinə təhdid olduğunu bildirib. O, Netanyahunun "cinayətkar şəbəkəsini" Suriya və Livana hücumları ilə vəziyyəti o həddə çatdırdığını və indi Türkiyə üçün də təhlükə yaratdığını bildirib.

Netanyahu isə ona cavab olaraq sosial mediada bildirib ki, "Kürdlərə qarşı soyqırım törədən, terror təşkilatı HƏMAS-ı dəstəkləyən, öz xalqına zülm edən və siyasi müxaliflərini həbs edən antisemit diktator Ərdoğan İsrail dövlətinə əxlaq təbliğ edə biləcək sonuncu şəxsdir".

Qeyd eək ki, Türkiyə və İsrail liderlərinin qarşılıqlı ittihamlar irəli sürməsi ilk dəfə deyil, lakin iki ölkə arasındakı "qarşıdurma" sərt bəyanatlardan o yana keçməyib. /Tass/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru