Bəxtsiz vəkli

Bu gün, 00:05           
Bəxtsiz vəkli
1965-ci ildə 90 yaşında heç bir varisi olmayan Jeanne Calment mənzilini 47 yaşlı André-François Raffray adlı vəkilə satmaq üçün müqavilə imzalayır. Müqavilənin şərtinə görə vəkil, Jeanne öləndən sonra mənzilin ona miras qalması şərti ilə ayda 2500 frank ödəməyə razı olur.
Evin qiyməti təxminən onun 10 il ərzində ödəyəcəyi məbləğə bərabər idi. Ancaq tale Raffray'in üzünə gülmür. Vəkil nəinki qadına 30 il pul ödəyir, həm də ondan əvvəl, 77 yaşında ölür. Müqavilənin şərtinə əsasən ödənişi daha 2 il onun dul arvadı davam etdirməli olur.
Qeyd: Jeanne Calment (21 fevral 1875 – 4 avqust 1997) 122 il 164 gün yaşayıb və tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biridir.
Sahil Born
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru