DGK 23 ədəd, Peşə Məktəbi isə 1 ədəd maşın alır

Bu gün, 00:10           
DGK 23 ədəd, Peşə Məktəbi isə 1 ədəd maşın alır
Azərbaycanda dövlət qurumları ilin ortasında xidməti avtomobil almaq həvəsinə düşüblər.

Tribuna.az xəbər verir ki, təkcə son bir gündə avtomobil almaq üçün tender keçirən qurumların sayı 3-ü keçib.

Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) keçirdiyi tenderin nəticəsini açıqlayıb. Məlum olub ki, sərnişin motorlu nəqiyyat vasitələrinin (mikrovan və ya vanlar) satın alınması planlaşdırılır. Keçirilən tenderin qalibi isə “AUTOUNİVERSAL” MMC olub. Komitə şirkətdən 23 ədəd maşın alacaq ki, buna görə də, 1 milyon 117 min 800 manat ödəniş edəcək

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi isə bununla bağlı tender elan edib. Mərkəz hibrid mühərrikli bir ədəd maşın almaq fikrindədir. Həmin avtomobilin alınmasına isə 93 min 700 manat pul sərf etmək niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru