Azərbaycan iqtisadiyyatı bu ilin ilk 5 ayında böyüməyib – 0%.
Dünən, 16:01
Təəcüüb yaratdımı – yox. Problemin kökü sistemdədir, hökumətin səhv qoyduğu hədəfdədir – hökumət inanır və düşünür ki, ən böyük problem büdcə gəlirlərinin azalmasıdır. Halbuki, bu nəticədir – iqtisadi aktivliyin zəifləməsinin nəticəsidir. İqtisadi aktivliyin, iqtisadiyyatın çarxlarının dönməsinin zəifləməsinin səbəbi isə hökumətin səhv təyin etdiyi hədəfə çatmaq üçün vergi-rüsum-cərimələri artırmaqdır. Vergi-rüsum-cərimə artırsa, biznes investisiya qoymur, vətəndaş daha az xərcləyir – nəticədə iqtisadiyyat daha da zəifləyir, büdcə gəlirləri istənilən şəkildə artmır. Ona görə də ÜDM artımı olur 0%... Səbəbi səhv təyin edəndə, nəticə heç vaxt dəyişmir. Yorulduq bunu deməkdən... Natig Jafarli ЕУКУА