Ən böyük və qədim balina qəbiristanlığı aşkar edildi - FOTO

Dünən, 16:44           
Ən böyük və qədim balina qəbiristanlığı aşkar edildi - FOTO
Alimlər Hind okeanının cənub-şərq hissəsində yüzlərlə kilometrə qədər uzanan ən böyük balina qəbiristanlığı aşkar ediblər.

Oxu.Az xəbər verir ki, kəşfi edən Çin, İtaliya və Yeni Zelandiyadan olan alimlər "Nature" elmi jurnalında bununla bağlı məqalə dərc ediblər.

Məlumata görə, bəzi qalıqların yaşının beş milyon ildən çox olması bu balina qəbiristanlığını həm də ən qədim edir. Eyni zamanda, o, yeddi kilometrdən çox dərinlikdə yerləşməklə ən dərini hesab olunur.

Alimlər sualtı aparat vasitəsilə 50-60 milyon il əvvəl yaranmış Diamantina tektonik qırılma zonasını tədqiq ediblər. Onlar balina qəbiristanlığını məhz orada tapıblar.

Tapıntılar arasında nəsli çoxdan kəsilmiş "Pterocetus benguelae" kimi növlərin qalıqları da var. Bəzi növlərin qalıqları isə ilk dəfə aşkar edilib - alimlər bu növlərdən birini qırılmanın adına uyğun olaraq "Pterocetus diamantinae" adlandırıblar. Ümumilikdə orada 470-dən çox balinanın qalıqları tapılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru